beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeki Müren

Zeki Müren (d. 6 dekabr 1931 ö. 24 sentyabr 1996) — Türkiyə müğənnisi.Mündəricat
1 Həyatı
2 Bəstə İşləri
3 Xəstəliyi və vəfatı
4 Aktyorluq Karieri
5 Albomlar
6 Radioqafiya
7 Filmoqafiya
8 İstinadlar
9 Xarici keçidlər


Həyatı

Zəki Müren 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-ci ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi. İstanbul Radiosunda 1951-ci ildə, canlı olaraq nümayiş olunan bir proqramda ilk radio konsertini verdi və bu konserti çox bəyənildi. Bundan sonra Türkiyə radiolarında müntəzəm olaraq oxumağa başladı. Radio proqramları on beş il davam etdi, bunların çoxu canlı yayın programlarıydı. Müren bundan sonra özünü daha çox səhnə və val işlərinə verdi. Vərdiş edilmiş qəlibləri aşmış paltarları və səhnədəki rəftarları ilə xalqın marağını davamlı olaraq üstündə tutmağı bacardı. Zeki Müren 600-ü eşqin val və kaset doldurdu. Vala oxuduğu ilk mahnı Şükrü Tunarın "Bir Muhabbet Kuşu" güfteli mahnısıdır. Müren 1955-ci ildə "Manolyam" adlı mahnısıyla Türkiyədə ilk dəfə verilən Qızıl Val Mükafatını qazandı. 1991-ci ildə Dövlət Sənətçisi ünvanına layiq görüldü. 1958-ci ildə ehtiyat zabit olaraq Çankırıda əsgərliyini etdi. 1961-ci və 1969-cu illər arasında bir eşq yaşadı amma heç evlənmədi.

Bəstə İşləri

300-ə yaxın mahnı bəstələdi. On yeddi yaşında bəstələdiyi "Zehretme hayatı bana cananım" mısrası ilə başlayan Acem-Kürdi mahnı, bəstələdiyi ilk mahnıdır. "Şimdi uzaklardasın gönül hicranla doldu" (Suzinak), "Manolyam" (Kürdilihicazkâr), "Bir demet yasemen", "Gözlerinin içine başka hayal girmesin" (nihavend) güfteli mahnıları tez-tez oxunan, ən sevilən mahnıları dır. Müren bu mahnıları vallara da oxumuşdur. Maksim Gazinosu səhnələrində fasiləsiz 11 il Behiye Aksoy ilə dəyişməli olaraq səhnəyə çıxmışdır.

Xəstəliyi və vəfatı

Zeki Müren ürək narahatlığı və şəkər xəstəliyi səbəbiylə həyatının xüsusilə son 6 ilində səhnə həyatından və mediadan uzaqlaşdı. Bodrumdaki evində inzivaya çəkildi. Bu dövrü "özünü dinləmək" olaraq təsvir edər. 1996-ci ili, 24-cü Sentyabr, çərşənbə axşamı günü, TRT İzmir Televiziyasında özü üçün təşkil edilən mərasim zamanı keçirdiyi infarkt nəticəsi həyata gözlərini yumdu. Cənazəsi görülməmiş bir xalq sıxlığının iştirakı ilə böyük bir mərasimlə qaldırıldı. Məzarı, doğma yeri olan Bursadakı, Emirsultan qəbiristanlığındadır. Vəsiyyətində mirasının ən böyük hissəsini Məhmətcik Vəqfinə buraxdı. Ölümünün ardından sənətçinin Bodrumda son illərini yaşadığı ev muzey halına gətirilmişdir.

Aktyorluq Karieri

Zeki Müren 1954-ci ildə Beklenen Şarkı adlı filmdə kino aktyorluğuna başladı. Böyük bir ticari müvəffəqiyyət qazanan bu filmdən sonra mahnılarının çoxunu özünün bəstələdiyi 28 filmdə daha oynadı. 1965-ci ildə də Arena Teatrı tərəfindən səhnəyə qoyulan Çay və sempati adlı oyunda da baş roldeki aktyor idi. Ayrıca 'Bıldırcın Yağmuru "adlı bir şeir kitabı da vardır.



AlbomlarSenede Bir Gün (1970)
Pırlanta 1 (1973)
Pırlanta 2 (1973)
Pırlanta 3 (1973)
Pırlanta 4 (1973)
Güneşin Oğlu (1976)
Mücevher (1977)
Nazar Boncuğu (1978)
Sükse (1979)
Kahır Mektubu (1981)
Eskimeyen Dost (1982)Hayat Öpücüğü(1984)
Aşk Kurbanı (1985)
Masal (1986)
Helal Olsun (1987)
Gözlerin Doğuyor Gecelerime (1988)
Ayrıldık İşte (1989)
Zirvedeki Şarkılar (1989)
Dilek Çeşmesi (1990)
Doruktaki Nağmeler (1991)
Sorma (1992)


Radioqafiya
Muazzez Abacı ve Zeki Müren Düet (2000)
Zeki Müren: 1955-1963 Kayıtları (2002)
Selahattin Pınar Şarkıları (2005)
Sadettin Kaynak Şarkıları (2005)
Batmayan Güneş (2006)
Zeki Müren İle Baş Başa Radyo Günleri 1 (2008)
Zeki Müren İle Baş Başa Radyo Günleri 2 (2008)
Zeki Müren İle Baş Başa Radyo Günleri 3 (2008)

FilmoqafiyaYılFilmRolNotlar
1953Beklenen ŞarkıZeki
1955Son besteZeki Müren
1957Berduş
1958Altın kafes
1959Kırık plak
GurbetZeki
1961Aşk hırsızıZeki
1962Hayat bazen tatlıdır
1963Bahçevan
1964İstanbul kaldırımlarıZeki
1965Hep o şarkı
1966Düğün gecesiYönedmen
1967Hindistan cevizi
1968Kâtip
1969İnleyen nağmelerZeki Müren
Kalbimin sahibi
1970Aşktan da üstün
1971Rüya gibiZeki


Tarix: 29.01.2013 / 13:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1094 Bölmə: Bəstəkarlar Və Müğənnilər