beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yohanna

Yohanna Qudrun Yonsdottir (isl. Jóhanna Guðrún Jónsdóttir) – müğənni.

Həyatı

Yohanna Qudrun Yonsdottir 16 noyabr 1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində anadan olmuşdur. Yohanna əsasən pop, soul, ballada, pop-rok və akustik musiqi janrlarında ifa edir. Danimarkada anadan olsa da, Yohannanın ailəsi tezliklə İslandiyanın paytaxtı Reykyavikə, oradan da Hafnarfyordur şəhərinə köçür. Artıq 10 yaşında olanda onun ilk albomu işıq üzü görür. 13 yaşınadək daha 2 albom buraxan Yohanna 2009-cu ildə “Is It True?” (“Bu həqiqətdirmi”) adlı mahnıyla İslandiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edir və 218 xalla 2-ci olur. 2008-ci ildə Yohannanın “Butterflies and Elvis” (“Kəpənəklər və Elvis” adlı ilk professional albomu işıq üzü görür. Albom İslandiyada böyük rəğbətlə qarşılanır.


Tarix: 29.01.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Bəstəkarlar Və Müğənnilər