beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nine Inch Nails

Nine Inch Nails (qisaca NIN) 1988-də ABŞ-da qurulmuş industrial rock qrupudur. Nine Inch Nails musiqiçi, mahnı yazıçısı, prodüser Trent Reznor tərəfindən qurulmuş və albomlar onun tərəfindən yazılmışdır. Konsertlərdə isə Reznor, qrup işçiləri ilə birlikdə səhnədə olur.Mündəricat
1 Qrupun tarixi
2 Qrup üzvləri
3 Konsert üzvləri
4 Keçmiş üzvlər
5 Diskoqrafiya
6 Xarici keçidlər


Qrupun tarixi

1980-cü illərdə Trent Reznor Right Track studiyalarında çalışan bir proqramçı olaraq işləyirdi. 1988-də studiyada bir mahnı yazmaq üçün icazə alır ancaq öz beynindəki planlara uyğun bir qrup tapa bilmədiyi üçün bütün alətləri özü çalmağa qərar verir. Bu ilk etdiyi qeydlər daha sonra 1994-cü ildə Purest Feeling olaraq icazəsiz şəkildə nəşr olunur. Bir çox mahnıda ilk albom olacaq Pretty Hate Machine mahnılarına çevrilir. Reznor, bu musiqi proyektinin adını isə Nayn Inç Neylz qoyar. Trent Reznor qrupun adını asanca qısaldıla bildiyi üçün seçdiyini deyir.

1989-cu ildə ilk albom Pretty Hate Machine nəşr olunur. Albom ağılda qalan melodiyalarla olduğu qədər qaranlıq sözləriylə də diqqət çəkirdi. Onsuz da Reznor ilk albom təşəkkürlərində qorxu yazıçısı Kliv Barkerə təşəkkür edir. "Down in It" və "Head Like a Hole" klipləri MTVdə göstərilir. Albom "Platnium Val" mükafatı alır və təxminən iki il siyahılarda qalır.

İkinci NIN albomu The Downward Spiral 1994-cü ildə nəşr olunur və siyahılara ikinci sıradan girər. Albom ana xarakterini keçirdiyi mənəvi problemləri izah edən bir konsept albomdur və albom NIN-in bu vaxta qədər ən çox satan albomudur. Albomun ən mühüm mahnılarından "Closer" klipi MTV tərəfindən bəzi yerləri kəsilərək nəşr olunur və çox maraq görür. Albomdakı "Hurt" mahnısıda maraq çəkmiş, daha sonra Reznor və David Bowie tərəfindən birgə konsertdə oxunmuşdur. 2002-ci ildə isə Johnny Cash tərəfindən kover olunur, sənətçinin ən böyük müvəffəqiyyətini əldə etməsinə səbəb olur.

Qrup üzvləri
Trent Reznor

Konsert üzvləri
Aaron North
Jeordie White
Alessandro Cortini
Josh Freese

Keçmiş üzvlər
Jeff Ward
Richard Patrick
James Woolley
Chris Vrenna
Robin Finck
Danny Lohner
Charlie Clouser
Jerome Dillon
Alex Carapetis

Diskoqrafiya
2009 NINJA
2008 The Slip
2007 Year Zero
2005 With Teeth
2004 The Downward Spiral – Deluxe Edition
2000 Things Falling Apart
1999 The Fragile
1995 Further Down The Spiral
1994 The Downward Spiral
1989 Pretty Hate Machine


Tarix: 27.01.2013 / 14:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Bəstəkarlar Və Müğənnilər