beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mohsen Namjoo

Mohsen Namjoo (Farsca: محسن نامجو) (d. 1976, Torbat-e Jam İran) İranlı musiqi ifaçısı, bəstəkar və yazıçı.Mündəricat
1 Həyatı
2 Təhsil
3 Diskoqrafiya
4 Web


Həyatı

Mohsen Namjoo Məşhəd şəhərində, yerli adət-ənənəyə uyğun şəkildə böyüyüb. Uşaqkən ədəbiyyata və musiqiyə marağı yaranmış və oxuduğu məktəbdəki incəsənət tədbirlərində aktiv iştirak etmişdir. 12 yaşında ikən, atasını itirmiş və anası və böyük qardaşları tərəfindən musiqi məktəbinə göndərilmişdir. Burada onun müəllimi Nəsrullah Naşəpur olmuşdur. Ailəsinin etiraz etməsinə baxmayaraq, professional musiqi karyerasına başlamaq qərarı verdi və musiqi təhsilinə Tehran Universitetində davam etmək üçün Tehrana köçdü. Qəbul sınağından keçmək üçün istənilən bir musiqi alətində ifa edə bilməli idi. Maddi vəziyyəti yalnız sətar almağa çatırdı.

1994-cü ildə universitetə qəbul oldu. Burada müntəzəm olaraq teatr və musiqi təhsili aldı. Universitetdəki klassik tədris sistemindən razı deyildi. Klassik, ənənəvi İran musiqisi ilə yaxından maraqandıqdan sonra həmin ənənəvi musiqini modern musiqi ilə birləşdirib sintez etdi. Bu işləri bəzi musiqi qurumları və nümayəndələri tərəfdən bəyənilmədi və çox ciddi tənqid və maneələrlə üz-üzə qaldı.

İran musiqisini qeyri-ənənəvi bir şəkildə və mahnıların yeni tərzdə ifa edilməsi səbəbilə , üçüncü ilində universitetdən kənarlaşdırıldı. Üniversiteden qovulduqdan sonra Tehran'da üç konsert verdi. 2000-ci ildən rok və caz musiqisi onun üçün vacib əhəmiyyət kəsb edir. Bu iki musiqi janrını ənənəvi İran musiqisi ilə birləşdirdi. Bu səsyazmalar çox keyfiyyətsiz bir sistemlə qeydə alındı. Bu səsyazmaların bir qismi kopyalandı və bütün İran'da, bir çok insan tərəfindən sevilərək dinlənildi. 2006-cı ildən qapalı konsertlər verməyə başladı və həmin il Beynəlxalq Rotterdam Film Festivalı'nda "Hotspot Teheran" adlı kompozisiya ilə səhnəyə çıxdı. Uğurlu baş tutan bu konsertdən sonra Hollandiya radiosunda onunla bir veriliş hazırlandı ve konsertdən bəzi əsərlər çalındı. İran sərhəddlərindən xaricdə Mohsen Namjoo xüsusilə "Sound of Silence" adlanan sənədli filmlə tanındı. Bu filmdə Amir Hamz ve Mark Lazarz, Namjoo ilə birlikdə, İran'ın digər qabaqcıl musiqiçiləri O-Hum, Hich-Kas və Emad Bonakdar'ı da göstərərək, Tehran'dakı underground musiqidən söhbət açırdılar.

İyul, 2009 tarixində Quran'a ləkə yaxma iddiası ilə beş il həbsə məhkum olundu.

Təhsil
1988 - 1993: Nasrollah Nassehpoor'dan ənənəvi İran musiqisi dərsləri alıb.
1994 - 1997: Tehran Universiteti

Diskoqrafiya
Toranj
Jabr-e Joghrafiyai
Sonati Ha
Damavand
Gis
Oy
Useless Kisses
Alaki


Tarix: 26.01.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Bəstəkarlar Və Müğənnilər