beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Linda Co Rizzo

Linda Co Rizzo - İtalyan əsilli Almaniya ifaçısı, prodüseri və bəstəkarıdır. Hal-hazırda Linda Almaniya-da yaşayır və Almaniyanın Münhen şəhərində yerləşən İtalyan restoranının sahibidir. Ən yaxşı mahnıları "Heartflash (Tonight)" "You're My First, You're My Last" mahnılarıdır.Mündəricat
1 Həyatı
2 Diskoqrafiya
2.1 Albomlar
2.2 Sinqllar
2.3 Yığmalar
3 İstinadlar
4 Xarici keçidlər


Həyatı

Linda Co Rizzo 1 Aprel tarixində ABŞ-ın Nyu-York ştatında dünyaya gəlmişdir. 18 yaşında Nyu-York şəhərinə fotomodel kimi işləməyə dəvət alır. Bu zaman İspaniyanın Milan və Portuqaliyanın Lissabon şəhərlərində fotomodel kimi fəaliyyət göstərir. Eyni zamanda Linda musiqi karyerasını da davam etdirir. Məşhur İtalyan aktyoru Adriano Çelentanonun veb-vokalisti olur.

Linda 23 yaşında yenidən Nyu-Yorka geri qayıdır. Bu zaman dietoloqluğu öyrənməyə başlayır. 25 yaşında Bobbi Orlando tərəfindən yaradılan "The Flirts" qrupunda ifaçı kimi çalışır. "Passion" "Danger", "Helpless", "Calling all Boys" kimi hitləri ilə ABŞ və Avropada məşhurluq qazanmışdır.

"The Flirts" qrupunun dağılmasından sonra Linda 1985-ci ildə Almaniyaya gəlir. Burada öz şəxsi qrupu olan "Linda Jo Rizzo" qrupunu yaradır. Qrupdakı ifa edilən mahnıları ölkələrin hit-paradına düşməsə də, böyük uğur qazanmışdır. Çünki, ifa etdiyi mahnılar Sinti pop, İtalo Disko və Avrodisko janrlarında səslənirdi. Mahnıları, əsasən, Almaniya, İspaniya və İsveç kimi ölkələrdə sələnirdi. Ən yaxşı mahnıları "Heartflash (Tonight)" və "You're My First, You're My Last" mahnılarıdır. Həmçinin, "Key Band" adında başqa bir qrup da yaratmışdır. Həmin qrup İspaniya qrupudur.[1][2]

Diskoqrafiya

AlbomlarİlAlbom
1989Passion / Perfect Love
1999Best Of Linda Jo Rizzo


SinqllarİlSinql
1985Fly me high
1986Heartflash (Tonight)
1986You're My First, You're My Last
1987Perfect love
1988Passion
1989Keep trying
1991Quando, quando
2011You're My First, You're My Last '11


YığmalarYığmalar
You're My First, You're My Last
I've got the night
Heartflash (Tonight)
Just one word
Perfect love
No lies
Keep tryng '89
Listen to the dj
Passion
Keep tryng '89
Hey Joe
Keep trying (original)
Passion (remix)
All over (remix)


Tarix: 26.01.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 307 Bölmə: Bəstəkarlar Və Müğənnilər