beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keti Perri

Keti Perri (ing. Katy Perry; gəlçək adı: Ketrin Yelizaveta Hadson ing. Katheryn Elizabeth Hudson, d. 25 Oktyabr 1984) — ABŞ'lı müğənni və bəstəkar.
Gospel dinləyərək böyüyən müğənni, ilk olaraq 2001-ci ildə Katy Hudson adlı gospel albomunu çıxartdıqdan sonra musiqi işlərinə kiçik diametrli işlərlə davam etdi. 2004-cü ildə The Matrix adlı istehsal dəstəsinə studiya vokalisti olaraq qatıldı. Bir müddətdən sonra məşhurların prodüseri Glen Ballard'la birlikdə çalışan sənətçi o dövrdə çıxması planlanan albomu üzərində çalışırdı. Ballard'la birlikdə qeyd etdiyi "Simple", 2005-ci ildə "The Sisterhood of the Traveling pants" adlı filmin soundtrackına daxil edildi. O dövrə qədər albom şirkətləriylə uzun müddətli razılaşmalara imza atmayan Kati, bu səfər "Simple" mahnısıyla Virgin albom şirkətinin marağına səbəb olur və albom şirkətiylə razılaşma imzaladıqdan sonra ilk solo albomunun işlərinə başlayır. 2007-ci ildə "UR So Gay" adlı mahnısını EP olaraq satışa çıxardan sənətçi, 17 İyun 2008-ci ildə "One of the Boys" adlı albomunu da satışa çıxardır. Albomdakı "I Kissed a Girl" adlı mahnı Billboard Hot 100 və iTunes siyahılarında zirvəyə qalxır və eyni zamanda mahnının klipi də internet'də ən çox izlənilən videolar arasında yer alır. Albomdakı digər mahnılardan biri "Hot N Cold" də əvvəlki mahnı kimi bir çox ölkələrdə 1-ci sırada, Billboard Hot 100 siyahısında isə 3-cü yerdə idi. Albomun üçüncü single'ı olan "Thinking of You" əvvəlki mahnılar kimi uğur əldə edə bilmədi və Billboard Hot 100 siyahısında 29-cu yeri tutdu. Albomda olan dördüncü single "Waking Up in Vegas" da siyahılarda müvəffəqiyyət göstərdi. 2009-cu ildə Timbaland ilə "If We Ever Meet Again" duetini səsləndirən Keti, 2010-cu ildə çıxartdığı "California gurls" single'ı ilə yenə bir çox ölkədə, zirvədə olmağı bacardı.
Keti Perri, 23 Oktyabr 2010-cu ildə Hindistanda Russell Brand ilə evləndi. 2011-ci ilin Dekabr ayı cütlük boşanma qərarı aldı.

Albomları
Katy Hudson (2001)
One of the Boys (2008)
Teenage Dream (2010)


Tarix: 26.01.2013 / 13:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 342 Bölmə: Bəstəkarlar Və Müğənnilər