beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emi LiEmi Li

Emi Li (ing. Amy Lynn Hartzler) - Amerikalı vokalist və bəstəkar. Emi Qremmi mükafatı almış Evanescence rok qrupunun quruçusu və vokalistidir. Bəstəkar və vokalist fəaliyyətləri ilə yanaşı peşəkar səviyyədə pianoçudur. Emi Li təsirləndiyi bəstəkar və musiqiçilər arasında Volfqanq Amadey Motsartı, Torri Amosu və Denni Efmanı göstərmişdir.[1]Mündəricat
1 Həyatı
1.1 Evanescence
2 Qrupun yaranması
3 Ben Mudinin qrupdan ayrılması
4 Məhkəmə çəkişməsi
5 İstinadlar


Həyatı

Li, Con Li və Sara Kargilin ailəsində dünyaya gəlmişdir. Con Li gecə klublarında, Sara Kargil isə televiziyada işləyirdi. Eminin Robbi adından bir qardaşı, Kerri və Lori adlarında isə iki bacısı vardır. Əslində Eminin üç bacısı olmuşdur. Ancaq həmin bacısı asma xəstəsi olduğundan rahat formada nəfəs ala bilmirdi. 1987-ci ildə Sara Kargil asma xəstəsi olan qızını yuyundurarkən, onu bir neçə dəqiqəlik yalnız bıraxmış və bu an qız ani tutma nəticəsində nəfəsi kəsilərək, vəfat etmişdir.[2] Ailədə olan uşaqlardan yalnız Emi Li az yaşlı bacısının cəsədini görmüşdür. Bununla həyatında ciddi travma alan Emi ölmüş bacısının xatirəsini hər zaman əziz saxlamışdır. Evanescence qrupu tərəfindən hazırlanan Fallen albomunda olan Hello mahnısı və The Open Door albomunda olan Like You adlı mahnılar Emi Linin kiçik yaşlarında vəfat etmiş bacısna ithaf olunmuşdur. Hello mahnısı ailə üzvülərindən birinə ithaf olunduğu üçün Emi tərəfinən heç bir konsertdə ifa edilməmişdir.

Emi Li doqquz il piano təhsili almışdır. Ailə daha yaxşı iş tapmaq məqsədi ilə tez-tez müxtəlif şəhərlərə köçmüşdür. Florida və İllinoys ştatlarında bir müddət yaşadıqdan sonra ilə son olaraq Arkanzas ştatına köçür. Evanescence qrupuda 1995-ci ildə Arkanzas ştatında yaradılmışdır. Emi Li ilk təhsilini Pulaski Akademiyasında almışdır. 2000-ci ildə Mərkəzi Tennessi Universitetinə daxil olmuşdur.[3] Emi AOL şəbəkəsinə verdiyi bir müsahibədə tərəfindən yazılan ilk iki mahnının Eternity of the Remorse və A Single Tear olduğunu bildirmişdir. İlk bəstələrinə 11 yaşında olarkən başladığını, hətta fəaliyyətinin ilk illərinə klassik musiqiçi olmaq istədiyini bildirmişdir. Emi ikinci mahnısını səkkizinci sinifə təhsil alarkən yazmışdır.



Evanescence

Qrupun yaranması

Emi Li, Evanescence qrupunu Ben Mudi ilə birlikdə yaratmışdır. Hər iki şəxs yay düşərgələrinin birində Meat Loaf adlı qurupun I'd Do Anything for Love mahnısını pianoda ifa etməsidən sonra tanış olmuşdur. Bu görüşdən bir ay sonra Emi və Beni Arkanzas ştatında yerləşən bar və kafelərdə çıxış etməyə başladılar. Tamaşaçılar tərəfindən ifaların maraqla qarşılanmasından sonra 1998-ci ildə Evanescence EP və 1999-cu ildə Sound Asleep EP adlı iki demo albom bıraxıldı. 2000-ci ildə digər iki alboma nisbətən daha peşəkar şəkildə hazırlanmış və daha musiqi nömrəsini özündə birləşdirən Origin albomu hazırlandı. Bu alboma salınan mahnıların üçü qrupun sayca dördüncü albomu olan Fallen albomunuda salınmışdır. Bu üç mahnının sözləri Emi Li və Ben Mudi tərəfindən birlikdə yazılmışdı. Whisper, Imaginary və My Immortal bu üç mahnı böyük məşhurluq əldə etdi.

My Immortal treki heç bir əlavə olunmadan Fallen albomuna salındı. Sonradan My Immortal trekinin yeni bir versiyası internetdə yaradıldı. Ancaq bu versiyanı yükləmək üçün Fallen albomunun içərisində yazılmış şifrəni daxil etmək lazım gəlirdi. Yeni versiyanı bir müddətdən sonra sərbəst şəkildə yükləmək mümkün idi. My Immortal trekinin yeni versiyası yalnız Argentina və Braziliyada çıxmış Fallen albomlarına salınmışdır.

Ben Mudinin qrupdan ayrılması

22 oktyabr 2003-cü ildə gitarist Ben Mudi yenilik yaratmaq məqsədi ilə qrupdan ayrıldı. Emi Li Ben Mudinin qrupu tərk etməsini normal qarşılamışdır. Ben Mudinin getməsindən sonra qrupa yeni bir bas gitarist Terri Belzemo dəvət olunmuşdur.


Tarix: 25.01.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 389 Bölmə: Bəstəkarlar Və Müğənnilər