beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duman (rok qrup)

Duman - 1999-cu ildə yaradılmış türk rok qrupudur.Mündəricat
1 Tarixi
1.1 Qurulması
1.2 İnkişaf
2 Qrupun üzvləri
3 Albomları


Tarixi

Qurulması

90-cı illərin əvvəllərində musiqi həyatına başlayan vokalist Kaan Tangöze təhsil almaq məqsədilə Sittla gedir və Türkiyədə çıxarmaq istədiyi albom üçün musiqilər yazırdı. Buna qədər o, Ari Barokas və Yaqub Tranadan ibarət Mad Madame qrupu ilə Sittl və Los-Ancelesdə yayınlanan albomlarda çıxış etmişdi. Türkiyəyə qayıdanda Blu-Bluz-Bənddə (Blue Blues Band) çıxış edən Batuhan Mutlugili Mad Madame qrupuna daxil etdi və beləcə 1999-cu ildə Duman qrupu yaradılmış oldu. Ancaq Yaqub Trana bu qrupa qatılmadı.

İnkişaf

Vokalist və gitarada Kaan Tangöze, gitara və back-vokalda Batuhan Mutlugil, bass gitar və digər back-vokalçı Ari Barokas, drumda əvvəlcə Alen Konakoğlu, sonra isə Çingiz Baysaldan ibarət olan Duman, ilk albomunu çıxarmaq üçün hazırlıqlara başladı. Amma qrupu hələ adı yox idi. Bundan sonra qrupun adı özlərinin "Halimiz Duman" adlı mahnılarından götürüldü.

Qrup 1999-cu ildə "Köhnə körpünün altında" adlı ilk albomunu çıxardı. Albomdakı "Körpüaltı", "Həyatı yaşa" və "Körpə" mahnılarına klip çəkildi.

Qrupun üzvləri
Kaan Tangöze - Vokalist, ritim gitar
Batuhan Mutlugil - Solo gitar, back-vokal
Ari Barokas - Bass gitar, back-vokal
Çingiz Baysal - Zərb (drum)

Albomları
Eski Köprünün Altında (1999)- NR1
Belki Alışman Lazım (2002) - NR1
Konser (2003) - NR1
Bu Akşam (2004) - NR1
Seni Kendime Sakladım (2005) - NR1
En Güzel Günüm Gecem 1999-2006 (2007) - NR1
Rock'n Coke Konseri (2 sentyabr 2006) (2008) - NR1
Duman I (2009)- Sony BMG
Duman II (2009) - Sony BMG
Canlı (2011) - Pasaj Müzik


Tarix: 24.01.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 508 Bölmə: Bəstəkarlar Və Müğənnilər