beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla Nesreddin - Oruc

Molla Nəsrəddin bazarda zeytun satırmış. Bir qadın ona yaxınlaşmış.
Qadın: - Zeytunnecədir, yaxşıdır?
Molla Nəsrəddin: - İstəyirsən dadına bax.
Qadın: - Mən orucam.
Molla Nəsrəddin: - Madam ki, orucsan zeytunu al get, pulunu sonra verərsən.
Molla Nəsrəddinin birdən-birə yadına düşür ki, axı ramazan deyil...
Molla Nəsrəddin: - tutduğun oruc nə orucu ki?
Qadın: - Üç il əvvəldən borcum vardı, indi onları tuturam.
Molla Nəsrəddin zeytunu satmaqdan imtina etmiş ...
Qadın: - Bir az əvvəl al get dedin, indi nə oldu ki imtina etdin?
Molla Nəsrəddin: - ... Allaha olan borcunu üç ildə verirsənsə, kim bilir mənim borcumu nə vaxt gətirərsən...


Tarix: 09.01.2014 / 23:30 Müəllif: ADMIN Baxılıb: 781 Bölmə: Azeri Letifeler