beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsti yay günlərinin birində Molla

İsti yay günlərinin birində Molla, eşşəyi də qabağında şəhərdən
gəlirmiş. Eşşək yolda möhkəm susayır. Kəndə çataçatda bir böyük göl
var imiş. Eşşək suyu görcək dördayaq cumur gölə, başlayır içməyə.
Sən demə, eşşəyin ayağının altı uçurum imiş. Molla baxır ki, eşşək batacaq
gölə. Yazıq bilmir nə eləsin. Elə az qalır ki, eşşək bata, birdən
bir qurbağa quruldayır, eşşək ürküb geri qayıdır. Molla tez eşşəyi tutur,
sonra cibindən bir az pul çıxarıb atır gölə ki:
– Sağ ol, qurbağa bacı! Al, bu sənin zəhmət haqqın, halva alıb yeyərsən.
molla Nesreddin


Tarix: 02.06.2013 / 16:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Azeri Letifeler