beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gün eşşəyi küləşlə yükləyib evə gətirirmiş.

Molla bir gün eşşəyi küləşlə yükləyib evə gətirirmiş. Yolda özözünə
fikirləşir ki, görəsən küləş eşşəyin dalında yanarmı?.. Bir az
fikirləşəndən sonra spiçkanı çəkib vurur küləşə. Küləş od tutur. Eşşək
soncuqluyub götürülür. Molla görür iş xarabdır, düşür eşşəyin dalınca.
Bir tərəfdən Molla qovalayır, bir tərəfdən də ki, palan od tutub yanır,
277
yazıq eşşək anqıra-anqıra götürülüb qaçır. Molla qışqıra-qışqıra onun
dalınca yüyürür. Axırda Mollanın nəfəsi tutulur, görür ki, daha iş-işdən
keçib, eşşəyə çata bilməyəcək, çatsa da bir şey eləmək mümkün
deyil, qışqırıb deyir:
– Mənim ağlım olmadı səni saldım bəlaya, sənin ağlın olsun, barı
birbaş qaç gir gölə!


Tarix: 02.06.2013 / 16:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Azeri Letifeler