beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mollanın yaşadıüı məhəllədə bir dərviş varmış.

Mollanın yaşadıüı məhəllədə bir dərviş varmış. Molla bu dərvişin
gününü eləmiş imiş qara. Qorxudan ağzını da aça bilmirmiş. Amma
özü də fürsət axtarırmış ki, Molladan bir yaxşı əvəz çıxarsın.
Bir gün Mollanın arvadına zeytun yağı lazım olur. Tutur Mollanın
yaxasından ki, gərək bu saat gedib bazardan zeytun yağı alıb gətirəsən.
Molla da bir az keyfsiz imiş. Çar-naçar durub küçəyə çıxır ki, bazara
getsin. Bir də baxır ki, haman dərviş gedir. Çağırıb soruşur ki:
– Aga dərviş, yenə camaatın başını tovlamaq üçün hara belə
gedirsən?
Dərviş deyir:
– Sənin o mürdəşir yumuş üzündən yaman da baş tovlamaq mümkündü.
Bazara gedirəm.
Molla deyir:
– Gəlsənə, zəhmət qəbul eləyib bizə də bir az zeytun yağı alıb gətirəsən.
Yaman azarlamışam, gedə bilmirəm.
Dərviş deyir:
– Niyə almıram? Alaram.
Molla dərvişə bir qab verir, bir az da pul.
Dərviş Molladan əvəz çıxarmaq üçün fürsət tapır. Ancaq bunu
özünə layiq bir şəkildə eləyir. Qabı zeytun yağı əvəzinə gənəgərçəklə
doldurur, gətirib Molla Nəsrəddinə verir. Molla elə şüşənin ağzını
açan kimi məsələni başa düşür. Ürəyində deyir: "Yaxşı, ağa dərviş,
baxarıq kim-kimə borclu qalacaq".
Bu işin üstündən bir müddət keçir. Bir gün Molla çayçı dükanının
qabağından keçirmiş, görür dərviş burdadı. Özünü göstərməyib evə
gəlir. Bir az qara istiot götürüb burunotu ilə qarışdırır, bir burunotu
qabının içinə doldurur, cibinə qoyur. Öz burunotu qabını da yaxşı burunotu
ilə doldurub çayçı dükanına gəlir.
Dərviş Mollanı görən kimi öz söhbətini qurtarıb tamamlayır, sataşmasın
deyə canının dərdindən gəlib onun yanında əyləşir. Molla yağ
əhvalatını heç yada salmayıb, dərvişlə şirin-şirin söhbət eləyir. Hərdən
bir də öz burunotu qabını çıxarıb burunotu çəkir. Elə ki, dərviş də
Molladan burunotu istəyir, Molla göz-gözə vurub qutuları dəyişir.
İstiotlu burunotunu dərvişə verir. Dərviş kamali-iştaha ilə istiotlu burunotunu
çəkir burnuna. Kişinin gözləri çıxır kəlləsinə. İstiotun acılıüından
az qalır boğulsun. Dönür Mollaya ki:
– Ay Molla, bu nə idi sən mənə çəkdirdin?!
Molla çox sakit cavab verir:
– O günü mənim üçün alıb gətirdiyin zeytun yağının tortasıdı.


Tarix: 01.06.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Azeri Letifeler