beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyirlər ki,Mollanın çox tez-tez dişi ağrıyarmış.

Deyirlər ki,Mollanın çox tez-tez dişi ağrıyarmış.Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş,amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş,dostlardan birisi onu görüb deyir:
-Ay molla,bir diş çəkdirmək nədir ki,sən belə qorxursan.əgər sənin o dişin mənim ağzımda olsaydı mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
-Sənin ağzında olsaydı elə mən də çəkdirərdim.Dərd orasındadı ki mənim öz ağzımdadı.


Tarix: 01.06.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Azeri Letifeler