beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tədqiqi

1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı divar qalıqları aşkar olunmuş, burdan Parfiya və hətta ondan əvvəlki dövrə aid məlumatlar əldə edilmişdir.[1]

Qazaka şəhəri və Azərgüşnasp məbədinin tarixinin müəyyənləşdirilməsində Ələkbər Sərəfraz və M.Kayeni tərəfindən yazılmış "Taxte-Süleyman" adlı kitabın böyük elmi dəyəri var. Burada deyilir: "İran və Almaniya arxeoloqlarının 8 il müddətində apardıqları axtarışlar nəticəsində mühüm tarixi əhəmiyyətə malik olan Azərgüşnasp məbədinin taleyi həll edilmiş oldu."[7] Müəlliflərə görə Təxti Süleymanın əhəmiyyəti iki səbəbə görə diqqəti cəlb edir. Tarixi və coğrafi məlumatlara görə Qazaka şəhəri Azərbaycanın əzəmətli paytaxtı olmuşdur.[8] Məşhur Azərgüşnasp məbədi bu şəhərdə yerləşirdi.[9]

Qədim dövr tarixi ilə məşğul olan bir sıra tədqiqatçılar şəhərin yerini müəyyənləşdirməyə çalışarkən müəyyən səhvlərə də yol vermişlər. Bəzilərinə görə atəşgah Urmiya gölü yaxınlığında (V.MinorskiV. [10] və Markvart[11]), bəzilərinə görə Şiz (Qazaka) şəhərində, bəzilərinə görə isə Təxti Süleymanda yerləşirdi. Lakin Təxti Süleymanda aparılan arxeoloji qazıntılar bütün bu mübahisələrə son qoymuş və sübut etmişdir ki, Təxti Süleyman qədim Qazaka (Şiz) şəhəridir və Azərgüşnasp məbədi də buradadır. Beləliklə vaxtilə burada olmuş Raulinson[12], Yusti, Cekson, Fundrasten və Numenin Azərgüşnasp məbədinin Təxti Süleyman xarabalıqları arasında olması fikri bir daha təsdiqlənmiş oldu.


Tarix: 07.01.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərgüşnasp məbədi