beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi

Sasanilər dövrü mənbələrindən biri olan "Karnameyi Ərdəşire Papakan"da həmin dövrün üç adlı-sanlı atəşgahı haqında məlumat verilir. Bu atəşgahlar Azərgüşnasp, Azərfərinbuğ və Azərbərzinmehr məbədləridir. Hər üç məbəd müxtəlif silklərə – hərbiçilərə, kahinlərə və əkinçilərə aid olmuşdur. Bunların tikilməsi tarixini Əhəmənilərdən əvvəlki dövrlərə aid edirlər.[5] Bəzi müəlliflər isə Azərgüşnasp məbədinin tarixini əfsanəvi hökmdar olan Keyxosrovla əlaqələndirirlər. Ümumiyyətlə bütün pəhləvi dilli mənbələrdə Azərgüşnasp məbədi haqqında məlumatlara rast gəlinir.

Dinkordun VII kiatbının müqəddiməsində deyilir: "Şahlıq məqamı Siyavəxşin (Siyavuşun) oğlu Keyxosrova çatdı. O, əzəmətilə cadugər, Turanlı Əfrasiyab (Alp Ər Tunqa) və onun pis niyyətli hökmdarlarına qalib gəldi. Bundan sonra Kərsivəz və onun dünyanı idarə edən qoşunlarına qalib gəlmək üçün qorxunc Çiçest gölü (Urmiya gölü) yaxınlığındakı bütgədəni uçurdu. Gördüyü xeyirxah işlərin qarşılığında cah-cəlallı taxtda oturub, əbədi olaraq qiyamətə qədər gizli surətdə onu mühafizə edəcəkdir."[6]

Pəhləvi dilində yazılmış "Minokexurd"da deyilir: "Keyxosrovun ən görkəmli işlərindən biri Çiçəst gölü yaxınlığındakı bütxananı viran edib Gəncək qalasını (Şiz qalası) bərpa etməsidir. Qadir yaradıcı gələcəkdə ona kömək edəcəkdir.


Tarix: 07.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərgüşnasp məbədi