beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sasanılər dövrü - vergi

III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu. I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir drahma, bir qarib üzümlükdən 8 drahma, bir qarib qarayonca sahəsində 7 drahma alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu. I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20-50 yaşlı kişilərdən 12, 8, 6 və 4 drahma can vergisi müəyyən edilmişdi. Kübar nəsillər, əyanlar, döyüşçülər, katiblər, kahinlər və məmurlar can vergisindən azad idilər. Vergilərin ödənilməsi çətin olduğundan dörd aydan bir, ildə üç dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən başqa vergilər də tutulurdu.


Tarix: 07.01.2015 / 17:46 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Azərbaycanda vergi və mükəlləfiyyət sistemi