beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Uzun Həsən (hakimiyyət illəri: 1468-1478)

1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. Uzun Həsənin tolerantlığı - başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə sabitləşdirici rol oynamışdır. Uzun Həsən Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır.

Uzun Həsən ordunu təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Avropadan mütəxəssislər də çağırmışdır. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün Uzun Həsənə köməklik göstərmişlər. Bununla da ölkədə top istehsalına başlanılmış, topçu kadrlar hazırlanmasının əsası qoyulmuşdur.


Tarix: 06.01.2015 / 17:42 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycan tarixi