beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Babək (ərəb əsarətinə qarşı azadlıq mübarizəsinin başçısı: 816-838)

Babək Xürrəmi Azərbaycanda milli-azadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi olmuşdur. Məhz Babəkin liderlik xüsusiyyətinin göstəricisidir ki, onun hərəkatın rəhbərliyini əlinə aldığı ilk zamanlardan Xürrəmilər hərəkatı özünün ən yüksək inkişafsəviyyəsinə çatdı. 819-cu ildə paytaxtın Xorasandan Bağdada köçməsi xürrəmilər hərəkatının yenidən çiçəklənməsindən və xilafəti xeyli qorxuya salmasından xəbər verir. Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər qarşı tərəfin 225500 nəfər əsgər və çoxlu sərkərdəsini məhv etmişlər. Babəkin təkcə sərkərdə kimi deyil, həm də bir siyasi xadim olaraq istedadı hərəkatın məğlub olduğu ərəfədə Bizans imperatoru ilə apardığı danışıqlarda da öz əksini tapmışdır. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə parçalanmasına səbəb olan əsas siyasi qüvvələrdən bir hesab olunur.


Tarix: 06.01.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycan tarixi