beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Cavanşir (hakimiyyət illəri: 642-681)

Tarixi liderlər tarixi proseslərə təsir göstərə biləcək gücdə olan, cəmiyyətdə baş verən hər hansı hadisədə uğur qazanmaq üçün kütləni öz ardınca apara biləcək şəxslərdir. Hər bir ölkə dünya tarixindəki önəmli yerinə görə öz tarixi liderlərinə borcludur. Ta qədimdən yüksək dövlətçilik mədəniyyətinə malik olan Azərbaycanda da zaman-zaman vətən tarixinə adını əbədi həkk etdirən liderlər yetişib.
Cavanşir Albaniyada hakimiyyətdə olan Mehranilər sülaləsinin ən qüdrətli hökmdarlarından biri olmuşdur. O, Sasanilərlə birlikdə ərəblərə qarşı 636-cı ildə baş vermiş Kadisiyə döyüşündə öz sərkərdəlik məharətini göstərmiş və ona Sasani hökmdarı tərəfindən bir çox dəyərli hədiyyələr verilmişdir. 651 ci ildə Sasanilər dövləti ərəblər tərəfindən süqutq uğradıldığı bir dövrdə Albaniya ərazisinə qərbdən Bizans, şimaldan xəzərlər soxulmağa can atmış, cənubdan isə ərəblər yürüş etmişlər. Belə bir zamanda Cavanşirin tarixi lider və siyasi xadim olaraq xilafət, Bizans və Sasanilər arasında etdiyi siyasi manevr ölkənin müstəqilliyini onun ölümündən sonra da 20 ildən çox bir müddət yaşamasına imkan yaratdı.


Tarix: 06.01.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycan tarixi