Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan arxeologiyasının tarixi

Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.

Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.


Tarix: 07.01.2015 / 11:59 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Azərbaycan arxeologiyası
loading...