Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycan arxeologiyasıMuğan mədəniyyəti

Muğan mədəniyyəti - son tunc - erkən dəmir (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) dövrü arxeoloji mədəniyyət; Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir. Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək alətləri, silah və bəzəklərlə müşayiət olunur. Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar tuncdan və dəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlar isə dəstəyi haşiyəli tunc və dəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə Ardı »

Azərbaycan arxeologiyasıPaleolit dövrü

Paleolit dövrünün ilk pilləsi olan Alt paleolit dövrü ilk insan tipinin yaranmasından başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrə aid əsas tapıntılar Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adi çay daşlarından ayırmaq çətindir. Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları, ərşin-qaşov, sıyırğac və s. alətlərdir. Buradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Azıx mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir[Mənbə göstərin] (keçmiş SSRİ-də isə birinci olmuşdur[Mənbə göstərin]). Bunu 1962- ci ildə Azərbaycan tarixçisi Məmmədəli Hüseynovun aşkarladlğı 350-450 min il bundan əvvəl yaşamış insanın alt çənə Ardı »

Azərbaycan arxeologiyasıAzərbaycan arxeologiyasının tarixi

Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX Ardı »

Azərbaycan arxeologiyasıOrta Paleolit

Azərbaycanın Orta Paleolit dövrü Qarabağdakı Tağlar, Qazax rayonu ərazisindəki Damcılı və Daşsalahlı mağaraları əsasında öyrənilmişdir.

Tağlar mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən tədqiq edilmişdir. Kənardan baxanda çevrilmiş arı pətəyinə oxşayan, içərisində təbii sütunlar-tağlar vasitəsilə çoxlu gözlərə ayrılan mağaraya da "Tağlar" adı buna görə verilmişdir. Tağlar düşərgəsi təqribən 55-90 min il öncədən 35 min il öncəyə qədər insana qoynunda yer vermiş, onun yaşayış məskəni olmuşdur.

Qazax rayonunda Avey dağının qoynunda iri mağara-iki insan məskəni var. Dağın cənub-qərb tərəfindəki mağara Daşsalahlı, cənub-şərqindəki isə Damcılı adlanır. 1957-1958-ci illərdə alimlər bu mağaraları tədqiq etmiş, burada yaşamış insanların əmək alətlərini tapmışlar. Bu alətlər daşdan düzəldilmiş bıçaq, qaşov Ardı »

Azərbaycan arxeologiyasıÜst Paleolit

Arxeoloji araşdırmalar göstərir ki, təqribən 40-35 min il bundan əvvəl Azərbaycanda Мustye mədəniyyəti Üst Paleolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə edilmişdir. İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində, habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayət olunmuşdur. Buzlaqların geri çəkilməsi nəticəsində qədim dünyanın bir çox bölgələrində, o cümlədən Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə məskən salmışlar.

Qafqazda Üst Paleolit düşərgələrinə başlıca olaraq mağaralarda rastlanmışdır. Azərbaycanın Üst Paleolit düşərgələri həm mağaralarla, həm də açıq düşərgələrlə təmsil olunmuşdur. Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, Hişkədərə, Qobustan Ardı »

Azərbaycan arxeologiyasıQuruçay mədəniyyəti

Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi Qədim daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycanın Paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində başlanmışdır. 1953-cü ildə S.N. Zamyatin və М.М.Hüseynovun rəhbərliyi ilə təşkil edilən kəşfiyyat xarakterli tədqiqatlar zamanı Qazax rayonunun Daşsalahlı kəndində, Damcılı mağarasında Paleolit düşərgəsi aşkar olunmuşdur. Sonrakı illərdə aparılan araşdırmalar yeni abidələrin aşkar olunması ilə nəticələnmişdir. Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə Aşel dövrü təbəqəsindən azıxantroqun alt çənə parçası, Ardı »