beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xalqının soyqırımı. Zaqafqaziya Respublikasının dağılması

Azərbaycanda milli hərəkatm genişlənməsi, milli azadlıq partiyası olan "Müsavat"ın nüfuzunun artması, "Böyük Ermənistan" yolunda ciddi maneəyə çevriləbilərdi. Mart qırğınını törətməklə, daşnaklar, "Müsavat" sosial bazasını, yəni şəhərin müsəlman əhalisini məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bundan əlavə, "Qırmızı qvardiya" adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilər idi. Əsasən ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusi təbliğat işi aparılmışdı. Bunlardan əlavə, Şamaxı və Muğanda ehtiyat rus-molokan silahlı dəstələri də yaradılmışdı. Müdafiə Komitəsində M.Rəsulzadənin keçirdiyi görüşdə müəyyən razılıqlar əldə edilsə də, silahları qaytarmağa söz verilsə də erməni-bolşevik koalisiyası buna əməl etm ədi, çünki "Hümmətə" o qədər də etibar etmirdilər, onlar N.Nərimanovun çoxluğu öz ətrafın da birləşib "sağa meyl etməsindən" narazı idilər. Beləliklə, əvvəlcədən sövdələşmə əsasında bolşevik-erməni koalisiyası, S.Şaumyann dediyi kimi, həlledici döyüşlərə "hər cür hazırhq görmüşdü və dərhal bütün cəbhə boyu hücuma başladı. "Martın 30-da axşam saat 5 00-da Bakıda ilk atəşlər açıldı. Mart qırğını başlanana qədər aldadıcı şəkildə özlərinin bitərəfliyini elan etmiş "Daşnaksütyun" və Erməni Milli Şurası ilk atəşdən sonra Bakı Sovetini müdafiə etdilər. Nəinki silahlı erməni əsgərləri, habelə Bakıdakı erməni ziyalıları da Sovet tərəfindən döyüşlərdə iştirak edirdilər. Bu hadisə ilə bağlı M.Rəsulzadə yazır: "Milli türk təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzrə ikən sayğısız bir taqım cəhlənin qərəzkar müftənlərə alət olması ilə fitnə təkrar olunmuş, zatən günlərdən bəri qətala hazırlanmış bulunan bolşevik erməni qüvveyi-müsəlləhəsi müharibə bir vəziyyət olaraq şəhərin müşəlman məhəlləsini bombardman etm əyə başlamışdır. "Tarixə qanlı faciə kimi daxil olan mart qətlləri üç gün davam etdi. Beləliklə, üç günün (18-21 mart) 30 mart - 1 aprel qətl və qarətlərindən sonra Fövqəladə istintaq Komissiyasının ümumiləşdirdiyi hesabatına görə Bakıda əksin qilabçı adı ilə 12 min türk-müsəlman əhalisi qətlə yetirildi. Mart soyqırımından bir ii sonra erm ənilər bu hadisəni bolşeviklərlə müsəlmanlar arasında baş vermiş hakimiyyət mübarizəsi kimi təqdim etməyə başladılar. 1919-cu ilin payızında Bakıya gəlmiş ABŞ missiyasının başçısı general Harboıda təqdim etdiyi sənəddə Bakıdakı erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edirdi. S.Şaumyandan da irəli gedərək o, Bakıda həmin hadisələr vaxtı 1000 nəfərin - 300 nəfər erməni və rus, 700 nəfər müsəlmanın öldürüldüyünü iddia edirdi."

Məlum olduğu kimi, türk-müsəlman soyqırımı təkcə Bakı ilə məhdudlaşmadı. Aprel ayının ilk günlərindən etibarən Bakıda törədilmiş cinayətlər eyni ilə Bakıya yaxın olan Şamaxıda, Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Salyanda törədildi. Lakin 1918-ci ilin maymda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçiliyin bərpası, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması yadelli düşmənlərin bu planlarını pozdu. Bakı hadisələri ilə əlaqədar olaraq, müsəlman fraksiyası Zaqafqaziya Seymindən Bakıya müsəlman əhalisini müdafiə etmək üçün qoşun göndərməyi tələb etdi. 1918-ci il aprelin 3-də Zaqafqaziya Seyminin Bakı hadisələrinə həsr olunmuş iclasmda Fətəlixan Xoyski bildirdi ki, "Müsəlman əhalisini müdafiə etmək üçün tədbirlər görülməsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaqlar".


Tarix: 06.01.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycan Xalq Cümhuriyyəti yaranması