Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycan Xalq Cümhuriyyəti yaranmasıAzərbaycan Xalq Cümhuriyyəti yaranması (ümumi)

1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı.

1918-ci ildə isə Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cümhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordu formalaşdırıldı. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun təməli qoyuldu. 1918-1920-ci Ardı »

Azərbaycan Xalq Cümhuriyyəti yaranmasıRusiyada Oktyabr çevrilişi və Azərbaycan

1917-ci il oktyabrın 27-də Bakı fəhlə və əsgər deputatları sovetinin fövqəladə geniş yığıncağı keçirildi. Yığıncaqda 166 səsə qarşı 246 səslə eser, menşevik və daşnak bloku üstünlük qazandı. 3 siyasi partiya (eserlər, menşeviklər və daşnaklar) adından Sovet bəyan etdi ki, inqilabın müdafiəsi Petroqradda başlanmış üsyanın qansız və dinc yolla ləğv olunmasını tələb edir, ölkədə bütün hakimiyyöt Müəssislər Məclisinə verilməli, o vaxta qədər mövcud hakimiyyətin kifayət qədər inqilabi gücü olmazsa bütün hakimiyyət demokratiya daxilində koalisiyaya verilməlidir.43 Beləliklə, xırda burjua partiyaları günün yeni şüarını - "demokratiya daxilində koalisiya" şüarını irəli sürdülər. Koalisiya bolşeviklərin də iştirakını nəzərdə tuturdu. Xırda burjua partiyalarının müsəlman demokratiyasına mənfi münasibəti Ardı »

Azərbaycan Xalq Cümhuriyyəti yaranmasıAzərbaycan xalqının soyqırımı. Zaqafqaziya Respublikasının dağılması

Azərbaycanda milli hərəkatm genişlənməsi, milli azadlıq partiyası olan "Müsavat"ın nüfuzunun artması, "Böyük Ermənistan" yolunda ciddi maneəyə çevriləbilərdi. Mart qırğınını törətməklə, daşnaklar, "Müsavat" sosial bazasını, yəni şəhərin müsəlman əhalisini məhv etməyi planlaşdırmışdılar. Bu məqsədlə təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bundan əlavə, "Qırmızı qvardiya" adı ilə yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilər idi. Əsasən ruslardan ibarət olan Xəzər donanması içərisində xüsusi təbliğat işi aparılmışdı. Bunlardan əlavə, Şamaxı və Muğanda ehtiyat rus-molokan silahlı dəstələri də yaradılmışdı. Müdafiə Komitəsində M.Rəsulzadənin keçirdiyi görüşdə müəyyən razılıqlar əldə edilsə də, silahları qaytarmağa söz verilsə də erməni-bolşevik koalisiyası buna əməl etm ədi, çünki Ardı »