beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər bəy Xasməmmədov

Həyatı
"Difai" partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, onun təftiş komissiyasının üzvü idi. 1905-ci ilin yayında Qafqazda yerli idarəetmə orqanlarının təşkili ilə bağlı yaradılan üç nəfərdən ibarət heyətin (Əlimərdan bəy TopçubaĢov və Adil xan Ziyadxanovla birlikdə) üzvü seçilmişdi. Bu heyət Gəncə bələdiyyə seçkilərinin nəticələrini təsdiq etdirməli, müsəlmanların yerli idarə orqanlarına seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün müvafiq Rusiya orqanları qarşısında məsələ qaldırmalı idi. Ə.Xasməmmədov, eyni zamanda, Gəncə Milli Komitəsinin də üzvü olmuşdur. O, 1918 il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilmişdi. Ə. Xasməmmədovun rəhbərliyi ilə, az vaxt içərisində, bütün Bakı quberniyasında ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları haqqında istintaq və məlumat xarakterli geniş material toplanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər ġurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə Ə.Xasməmmədov Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifəsinə təyin olundu. O, eyni zamanda, mülki departamentə də sədrlik edirdi. Ə.Xasməmmədov Azərbaycan məhkəmələrinin fəaliyyətində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfındən işlənib hazırlanmış prinsipləri əsas tutacağını, ədalət mühakiməsinin vicdanla həyata keçiriləcəyini, qanunçuluğa və ədalətə riayət ediləcəyini bəyan etmişdi (1919 il, mart).


Tarix: 09.01.2015 / 14:30 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: "Azərbaycan Demokratik Respublikası"