beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zeynal bəy Əlizadə

Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Par­la­men­ti­nin xü­su­si qə­ra­rı­na əsa­sən, döv­lət he­sa­bı­na ali təh­sil al­maq üçün xa­ri­cə gön­də­ril­miş tə­lə­bə­lər­dən bi­ri. Par­la­men­tin 1919 il 1 sent­yabr ta­rix­li qə­ra­rı­na əsa­sən, təh­si­li­ni me­mar­lıq sa­hə­sin­də da­vam et­dir­mək üçün Ro­ma Kral Rəs­sam­lıq Aka­de­mi­ya­sı­na (İta­li­ya) gön­də­ril­miş­di. Son­ra­kı ta­le­yi ba­rə­də mə­lu­mat aş­kar olun­ma­mış­dır".



"Əli­za­də Zey­nal (? – ?) – Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də mil­li mə­də­niy­yə­tin tə­rəq­qi­sin­də ya­xın­dan iş­ti­rak et­miş mə­də­niy­yət xa­di­mi. Əli­za­də Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Hö­ku­mə­ti­nin 1919-cu il 23 mart və 1920-ci il 30 yan­var ta­rix­li qə­rar­la­rı ilə döv­lət ger­bi­nin, hər­bi or­den-me­dal­la­rın və döv­lət mö­hü­rü­nün la­yi­hə­lə­ri­nin ha­zır­lan­ma­sı məq­sə­di­lə elan olun­muş mü­sa­bi­qə­də fə­al iş­ti­rak et­miş­dir. Onun la­yi­hə­si əsa­sın­da bu­ra­xıl­mış döş ni­şan­la­rı və xa­ti­rə me­dal­la­rın­da Par­la­men­tin bi­na­sı, bay­raq, ay­pa­ra, sək­kiz­gu­şə­li ul­duz, gü­nə­şin doğ­ma­sı, gül çə­lən­gi həkk olun­muş­dur".



"Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti (ədə­biy­yat, dil, mə­də­niy­yət qu­ru­cu­lu­ğu)" ki­ta­bın­da isə yal­nız bun­lar ya­zıl­mış­dır: "İlk pe­şə­kar hey­kəl­tə­raş Zey­nal Əli­za­də res­pub­li­ka­mı­zın mil­li ger­bi və xa­ti­rə me­dal­la­rı­nın ha­zır­lan­ma­sın­da iş­ti­rak edir­di. Onun la­yi­hə­si­nə əsa­sən bu­ra­xıl­mış döş və xa­ti­rə me­dal­la­rın­da par­la­ment bi­na­sı, bay­raq­lar, ay­pa­ra, 8 gü­şə­li ul­duz, gu­nə­şin doğ­ma­sı, gül cə­ləng­lə­ri həkk olun­muş­dur".



"Azər­bay­can Yurd bil­gi­si" dər­gi­sin­də­ki mə­qa­lə­lər isə "Hey­kəl­tə­raş Zey­nal A. Sa­ray" və "Zey­nal Ak­koç" im­za­la­rı ilə çap olun­muş­dur.



Bəs gö­rə­sən yu­xa­rı­da­kı mə­lu­mat­lar fərq­li so­yad­la­rı ilə təq­dim edil­miş bir nə­fə­rə aid­dir, yox­sa ki, ey­ni dövr­də, ey­ni fəa­liy­yət sa­hə­si ilə məş­ğul olan baş­qa-baş­qa şəxs­lə­rə? Mən­ti­qi bir ca­vab ax­tar­ma­ğa ça­lış­dı­ğı­mız bu sua­la bir ar­xiv sə­nə­di­nin təq­di­ma­tı ilə ay­dın­lıq gə­tir­mə­yə baş­la­yır və hə­min sə­nə­din həm ori­ji­nal, həm də əs­ki əlif­ba­dan la­tın qra­fi­ka­sı­na çev­ril­miş va­ri­an­tı­nı aşa­ğı­da təq­dim edi­rik: Şə­ha­dət­na­mə

1919-cu il­də, av­qust ayı­nın 27-ci gü­nün­də ve­ri­lib şə­ha­dət­na­mə xü­su­sun­da ki, Ağa Zey­na­lab­din bəy Ha­cı Ağa­bəy oğ­lu Əli­yev Ba­kı şə­hə­ri­nin sa­ki­ni, Ha­cı Qa­sım­bəy məs­ci­di­nin ca­maa­tı­na mən­sub­dur. Tə­vəl­lü­dü va­qe olub 1894-cü il­də ap­rel ayı­nın 24-cü gü­nün­də, ne­cə ki, tə­vəl­lü­dü sü­but olu­nub məs­ci­din met­rik dəf­tə­rin­də ¹ 4. İm­za­nı təs­diq edi­rəm. Ha­cı Qa­sım­bəy məs­ci­di­nin mol­la­sı Mol­la Ru­hul­la Ha­cı Ab­dul­la oğ­lu.

Zey­nal Əli­za­də­nin şəx­siy­yə­ti haq­qın­da ilk də­qiq mə­lu­mat ala bil­di­yi­miz mən­bə mər­hum Mövsüm Əliyevin ya­zı­la­rı ol­muş­dur. O, ötən əs­rin 60 – 90-cı il­lə­rin­də yaz­mış ol­du­ğu mə­qa­lə­lər­lə oxu­cu­la­rı ilk pe­şə­kar hey­kəl­tə­ra­şı­mız haq­qın­da ta­ri­xi fakt­lar­la mə­lu­mat­lan­dır­mış­dır. Məhz bu ya­zı­lar­dan öy­rən­mi­şik ki, mə­də­niy­yət ta­ri­xi­mi­zə ilk pe­şə­kar Azər­bay­can hey­kəl­tə­ra­şı ki­mi da­xil ol­muş Zey­nal Ha­cıa­ğa oğ­lu Əli­za­də 1895-ci il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. Am­ma gö­rün­dü­yü ki­mi, təq­dim et­di­yi­miz şə­ha­dət­na­mə ilə mü­qa­yi­sə­də Möh­süm Əli­ye­vin ver­di­yi mə­lu­mat­da (həm ad və so­ya­dın­da, həm də do­ğum ta­ri­xin­də) cü­zi fərq­lər var­dır. Be­lə ki, şə­ha­dət­na­mə­ni əsas gö­tür­sək, "Əli­yev Zey­na­lab­din bəy Ha­cı Ağa­bəy oğ­lu 1894-cü il ap­rel ayı­nın 24-də" ana­dan ol­muş­dur. Gü­rü­nür, Möv­süm Əli­yev mə­lu­ma­tı fərq­li mən­bə­dən əl­də et­miş­dir.

Hə­min ya­zı­lar­da mə­lu­mat ve­ri­lir­di ki, Zey­nal Əli­za­də or­ta təh­si­li­ni bi­tir­dik­dən son­ra (1915-ci il­də) Mosk­va Kom­mer­si­ya ins­ti­tu­tu­na da­xil ol­muş, bu­ra­da üç il təh­si­li­ni da­vam et­dir­miş, 1918-ci ilin pa­yı­zın­da Ba­kı­ya qa­yıt­mış­dır?. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin poçt və te­leq­raf na­zir­li­yin­də xü­su­si tap­şı­rıq­lar üz­rə baş mə­mur və­zi­fə­si­nə tə­yin olu­nan Zey­nal Əli­za­də ey­ni za­man­da rəs­sam­lıq sə­nə­ti üz­rə də öz ya­ra­dı­cı­lı­ğı­nı da­vam et­dir­miş­dir.

Zey­nal Əli­za­də­nin İta­li­ya­da təh­sil al­ma­sı haq­qın­da­kı fakt­lar, aka­de­mi­ya­nı 1923-cü il­də bi­tir­miş Zey­nal bə­yin Pa­ris­də ya­şa­yan Cey­hun Ha­cı­bəy­li ilə ya­zış­ma­la­rın­da da təs­diq­lə­nir. N.Abu­ta­lı­bo­va bu­nun­la bağ­lı ya­zır: "1919-cu ilin or­ta­la­rın­da (1920-ci ilin yan­va­rın­da – M.S.) Ru­si­ya­nın və Av­ro­pa­nın ali mək­təb­lə­rin­də oxu­maq üçün 99 azər­bay­can­lı gənc gön­də­ril­miş­dir. On­lar­dan iki­si­nin in­ti­har et­di­yi­ni bi­lib qa­lan­la­rın hə­ya­tı ilə ma­raq­lan­ma­ğa baş­la­dıq. Bu, çox mü­rək­kəb bir iş idi. Bu­nun­la be­lə, bə­zi şey­lə­ri ay­dın­laş­dır­maq müm­kün ol­du. Bu­dur, əli­miz­də Pa­ris­də çə­kil­miş şə­kil var­dır. Tə­lə­bə­lər Av­ro­pa öl­kə­lə­ri­nə yo­la düş­məz­dən qa­baq çək­di­rib­lər?. Hey­kəl­tə­raş Zey­nal Əli­ye­vin Cey­hun Ha­cı­bəy­li­yə üç mək­tu­bu da biz­də­dir. Bun­lar­dan iki­si 1922-ci il­də ya­zıl­mış­dır və Z.Əli­yev xə­bər ve­rir ki, Pe­ru­ca­da Ak­ka­de­mia di Bel­la Ar­ti­də oxu­yur, mad­di yar­dı­ma gö­rə min­nət­dar­dır. Sər­gi­lə­rin­dən də söh­bət açır. Ey­ni ün­va­na gön­dər­di­yi so­nun­cu (27 av­qust 1927-ci il) mək­tu­bun­da ya­zır ki, Aka­de­mi­ya­nı bi­ti­rib, iş ta­pa bil­mir, kor­luq çə­kir, bu­na gö­rə də Bra­zi­li­ya­ya köç­mək is­tə­yir. Mək­tu­bun­da Ba­kı­dan gəl­miş ba­cı­sı Sa­ra­nı və Ber­lin­də tə­lə­bə olan İbad Əli­ye­vi xa­tır­la­yır. Bu­ra­da siz Zey­nal Əli­ye­vin İta­li­ya­da poçt otk­rıt­ka­la­rı şək­lin­də bu­ra­xıl­mış fo­to­şə­kil­lə­ri ilə ta­nış ola bi­lər­si­niz".


Tarix: 09.01.2015 / 14:12 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: "Azərbaycan Demokratik Respublikası"