beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vladimir Ollonqren

İlk illəri
19 aprel 1867-ci ildə Kolomna şəhərində hərbçi ailəsində doğulmuşdur. 5 yaşında atasını itirən Vladimir 1875-ci ilin may ayında II Aleksandrın həyat yoldaşı imperatriça Mariya Aleksandrovna tərəfindən Qış sarayına anası ilə birlikdə köçdü. Şahzadə Aleksandrın (gələcək çar III Aleksandr) həyat yoldaşı Mariya Fyodorovnanın ayda 2000 rubl maaşlı iş təklifini qəbul etdi və Vladimir şahzadə Nikolay (gələcək çar II Nikolay) və qardaşı Georgi Aleksandroviç ilə birlikdə təhsil və tərbiyə almağa başladı.[1] 1876-1879-cu illərdə Aniçkov sarayında yaşayan Vladimir 31 oktyabr 1877-ci ildə əsilzadə elan olunmuşdu. Pskov kadet korpusunda ilk təhsilini alan Vladimir 1884-cü ildə Varşava kadet korpuslarında təhsilinə davam etmişdi. 1896-cı ildə artıq kapitan rütbəsi ilə Sankt-Peterburqda idi.


Tarix: 09.01.2015 / 13:52 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: "Azərbaycan Demokratik Respublikası"