beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osmanlı dövlətinin Qafqaza ordu göndərmək qərarı

İnqilab nəticəsində Çar Rusiyasındakı vəziyyət haqqında rus əsirliyindən Mosula qaça bilmiş Avstriyalı bir yarbayın 6-cı Ordu komandanı Xəlil paşaın köməyi ilə baş komandan vəkili Ənvər paşa ilə İstanbulda görüşərək ona məlumatlar vermişdir. Kazan türkləri Milli İdarə rəisi Sədri Məqsudi Arsal 10 may 1918-ci ildə Osmanlı dövlətinin Moskva böyük elçisi Qalib Kəmali bəyi ziyarət etdiyi zaman Türküstanın birinci qapısının Bakı olduğunu, buranın hər tərəfdən bir anbar xüsusiyyəti daşıdığını və irəli hərəkatı üçün baza olaraq istifadə oluna biləcəyini bildirmişdi. Kazan, Türküstan və Azərbaycan türkləri, rus işğalının sona çatması və müstəqilliklərini qazana bilmələri üçün Qafqaz və Bakının bir an öncə ələ keçirilməsinin vacibliyi görüşünü hərarətlə müdafiə edirdilər.[6] Bu və buna bənzər nümunələrin artması nəticəsində türk ellərinin müstəqilliyini qazanması üçün hərəkətə keçilməsi haqqındakı görüş, Hərbiyə naziri və baş komandan vəkili Ənvər paşa ilə ziyalılar və siyasətçilər arasında getdikcə güc qazandı. Dövlət heyətləri Türkçülük və Turançılıq cərəyanını tətbiq etməyə başlamaq üçün şərtlərin yetərli olduğunu düşünürdülər.[7]

Ənvər Paşa, başqa bir çox bilgiləri və savaşın gedişini də dəyərləndirərək, Qafqazda fəaliyyətə keçmək üçün uyğun şərtlərin doşurduşu nəticələrə vardı. 3 fevral 1918-ci ildə 6-cı Ordu komandanı Xəlil Paşaya bir məktub göndərdi.[8] Göndərilən əmr bu məzmunda idi: "Qafqaz, Dağıstan, Türküstan, Əfqanıstan və Rusiyanın əsarəti altında olan türk və müsəlmanların yaşadışı bölgələrə, möhtac olduqları dəstəyin verilə bilməsi üçün mərkəzi Tehranda olan bir təşkilat qurulması, bu bölgələrə çalışqan və işini yaxşı bilən zabitlərin göndərilməsi, yarbay Nuru bəyin (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəz Təşkilatının sədri olması, yarbay Şövkət bəyin Dağıstana, minbaşı Naim Cavad bəyin Əfqanıstana göndərilməsi və Xəlil paşanın uyşun görəcəyi zabitlərin də Azərbaycan və Türküstanda vəzifələndirilməsi, bu bölgələrə gedəcək zabitlərin yanına, alt heyətləri təşkil etmək üzrə ən azı 5-6 zabitin da qatılması."[9]

Başkomandanlıq Vəkaləti, Azərbaycanda hər birində üç piyada alayı olan üç piyada diviziyasından əmələ gələn bir korpus qurulmasını qərarlaşdırdı. 1-ci və 2-ci diviziyaların təşkili ilə görəvli olacaq iki heyətin zabitlərinin 6-cı Ordu Komandanlışının olduşu Mosula, 3-cü diviziyanın zabit heyətinin də 3-cü Ordu Komandanlışının yerləşdiyi Trabzona göndəriləcəyini bildirdi. Başkomandanlıq Vəkalətinin 2 mart 1918-ci ildə əlaqəli komandanlıqlara göndərdiyi əmrə görə, Qafqazda xidmət edəcək general, üst zabit və zabitlər bir üst rütbə (fəxri rütbə) daşıyacaq və bu rütbənin hüququna sahib olacaqdılar. Bütün vəzifəlilər rütbələrinin maaşının bir misli dəyərində artışını alacaqdılar.[10]

Qafqaz hərəkatının, böyük torpaq və bu səbəbdən prestij itkisinə uşrayan Osmanlı dövlətinin etibarını yenidən yüksəldəcəyini düşünən Ənvər paşa bölgədəki qətlqiyamalrı dayandırmaq və Qafqazda ruslara qarşı bitərəf bir bölgə təşkil etmək üçün hərəkətə keçdi və Qafqaz hərəkatı üçün gənc, enerjili, dinamik, öz düşüncəsini qavrayan və bunu tətbiq edə biləcək zabitlərlə görüşməyə başladı. Qafqaz hərəkatı üçün ilk öncə albay Kazım Qarabəkir bəy ilə görüşdü. Ancaq Kazım bəy o aralarda Ərzurum və ətrafının azad edilməsi üçün çalışdışını bildirərək, bu vəzifədən əfvini istədi. Kazım bəy Ərzurumun qurtarılmasından sonra Qafqaz Təşkilatı Komandanlığı vəzifəsini almağa hazır olduşunu bildirdi. Ancaq Ənvər paşa aradan keçəcək zamanın boşa getməməsi üçün tez qərar vermək məcburiyyətində olduğunu, bu vəzifəyə ögey qardaşı yarbay Nuru bəyin təyin olunduğunu, əgər istərsə Şimali Qafqazda vəzifə verə biləcəyini bildirdi. Albay Kazım bəy yarbaylıqdan general-leytenant rütbəsinə yüksəldilən Nuru bəyin əmrində çalışacağını öyrənincə bu vəzifədən əfvini istədi.

Ənvər paşa Qafqazda yaşayan türk və müsəlman xalqların yaşadığı bölgələrdə gərək olan təşkilatlanmanı yaratması və onlardan əmələ gələcək bir "İslam Ordusu" qurması üçün qardaşı yarbay Nuru bəyi vəzifələndirdi. Nuru bəy iki tümənlik bir korpus və bəzi milis süvari alaylarından təşkil ediləcək Qafqaz İslam Ordusuna əmr edəcəkdi.18 Zabit heyətləri də buna görə təyin olunacaqdı. Nuru bəyin belə bir orduya yarbay rütbəsilə əmr etməsi mümkün deyildi. Bu üzdən iki rütbə yüksəldilərək fəxri general-leytenant rütbəsinə yüksəldildi. Nuru paşa ilə Qafqaza gedəcək zabitlərə də fəxri olaraq bir üst rütbə verildi.[11]

Osmanlı dövlətinin müttəfiqi olan Almaniya Qafqazda Brest-Litovsk müqaviləsi ilə müəyyən olunan sərhədlərin Şərqinə keçilməsini istəmirdi. Almanların Gürcüstan və xüsusilə Bakı nefti üzərində də gizli hesabları var idi. Bu üzdən türk ordusunun Azərbaycana girməsinə kəskinliklə qarşı çıxırdı. Bu və buna bənzər səbəblərə görə Ənvər paşa bu təşkilatlanmanı son dərəcə gizli bir şəkildə yürüdürdü. Başda Almaniya və Rusiya olmaq üzrə böyük dövlətlərin diqqətini çəkməmək üçün qurulacaq ordunun Azərbaycanda yaşayan türk və müsəlmanlardan təşkil edilmiş kimi göstərilməsinə cəhd edirdi. Bu üzdən orduya da "Qafqaz İslam Ordusu" adının verilməsi uyğun görülmüşdü. Başkomandan vəkili Ənvər paşa bu ordunun qurula bilməsi üçün şəxsən çalışmışdı. Geniş bir qismin maraşını çəkməmək və qarşı tədbir almalarını əngəlləmək üçün qardaşı, əmisi və çox yaxın özəl əməkdaşlıq içində olduşu dostları ilə çalışmalar aparmışdı. Osmanlı sultanı V Mehmet Rəşad tərəfindən Nuru paşanın Qafqaz İslam Ordusu komandanı olduşuna və bütün Qafqazda Sultan adından hərbi və siyasi fəaliyyət göstərəcəyinə dair bir fərmana verilmişdi.


Tarix: 09.01.2015 / 01:36 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: "Azərbaycan Demokratik Respublikası"