beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muğan Sovet Respublikası Hərbi gücü Süqutu

24 iyul 1919-cu ildə Muğan Müvəqqəti Hərbi Diktaturasının qalıqları Lənkəranı yenidən ələ keçirdi. 28 iyul 1919-cu ildə hərbi komitə başçısı Timofey Ulyantsev də öldürüldü. Avqustun 9-u isə şəhər Azərbaycan Demokratik Respublikasına təhvil verildi. Muğan Sovet Respublikası höküməti Sarı adasına çəkildi. Burada da müdafiənin mümkünsüzlüyünü gördükdə bölünərək adanı 3 istiqamətdə tərk etmişdilər. Bunlardan 200 nəfərlik döyüşçü Türküstan Qızıl Ordusuna qoşulmaq məqsədiylə Krasnovodska, 300 nəfər isə əsasən qadın və uşaqlar "Milyutin" paroxoduyla Bakıya doğru üzdülər. Gəmi heyəti Bakıya çatan kimi həbs olundu. Üçüncü dəstə isə İran sahilindəki Aşur adaya çəkilir. Onlar 1919-cu il avqustun 8-də ingilislər, ağqvardiyaçılar və İran kazakları tərəfindən mühasirəyə alınaraq həbs edilirlər. Onların bir hissəsi Aşur adada ingilislər tərəfindən güllələnir, sağ qalanlar isə denikinçilərin mərkəzi olan Petrovski şəhərinə aparıldı.

Yaddaşlarda
Muğan Sovet Respublikası haqqında 1978-ci ildə "Od içində" filmi çəkilmişdi.


Tarix: 09.01.2015 / 01:20 Müəllif: Feriska Baxılıb: 20 Bölmə: "Azərbaycan Demokratik Respublikası"