beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mustafa Mahmudov

Həyatı
Mustafa Hacı Musa oğlu 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdu. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirmişdi.Bakı şəhərindəki 1-ci rus-tatar məktəbində əvvəlcə müəllim, sonra direktor işləmişdi. 1907-ci ildə 2-ci çağırış Rusiya Dövlət Dumasına Azərbaycandan Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Z.Zeynalovla yanaşı o da seçilmişdi.

M.Mahmudov Azərbaycan Demokratik Respublikasının Parlamentinin üzvü idi. Sovet dövründə 132 saylı məktəbdə müəllim işləmişdi. O, 23 noyabr 1937-ci ildə tutulmuşdu. 20 dekabr 1937-ci ildə güllələndi.

Mustafa müəllimin Səfurə xanım adlı qızı vardı.


Tarix: 09.01.2015 / 01:18 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: "Azərbaycan Demokratik Respublikası"