beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhram bəy Vəzirov

Həyatı
Ismayıl bəyin ikinci oğlu Bəhram bəy 1886-cı ildə Şuşa şəhərində anadan olmuşdu. Bakı real məktəbini bitirib, Sankt-Peterburq Meşəçilik Institutuna daxil olmuşdu. Oranı tamamlayıb, aqronom-meşəçi ixtisası almışdı. Qax bölgəsində meşəbəyi işləmişdi. Bəhram bəy Vəzirov 1929-ci ildə Ağdam həbsxanasında vəfat edib.

Ailəsi
Bəhram bəy Dilarə xanımla ailə qurmuşdu. Gülrux xanım adlı qızı, Isgəndər bəy adlı oğlu vardı.

Mənbə
Ənvər Çingizoğlu, Vəzirovlar soyu, “Soy” dərgisinin özəl buraxılışı, Bakı, 2008. 88 səh.


Tarix: 09.01.2015 / 00:57 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: "Azərbaycan Demokratik Respublikası"