beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Xalq Komissarları Soveti Fəaliyyəti

Mart soyqırımından sonra da müsəlman əhaliyə qarşı əvvəlki kimi qəddar düşmənçilik münasibəti bəslənilirdi. S.Şaumyan qarşısına "demokratiya" və "xalq hakimiyyəti" pərdəsi altında Azərbaycanı azərbaycanlılardan təmizləmək, onun yeraltı, yerüstü sərvətlərini çapıb-talamaq, torpaqlarını qəsb edib "Böyük Ermənistan" dövləti yaratmaq xülyasını reallaşdırmaq vəzifəsi qoymuşdu. O, BXKS-nin fəaliyyətini də bu məqsədə yönəltmişdi. BXKS Moskvanın birbaşa göstərişi ilə neft sənayesini milliləşdirdi və Bakı nefti Rusiyaya nəql olunmağa başladı. Bakı Soveti Fətəli xan Xoyskinin başçıllıq etdiyi Bakı şəhər dumasını buraxaraq, Zaqafqaziya seymini əksinqilabi qurum elan etdi. Moskva bütün vasitələrlə BXKS-ni hərbi-siyasi cəhətdən qüvvətləndirməyə çalışırdı. Bakıda isə BXKS ordusunun erməniləşdirilməsi prosesi başa çatdırıldı. BXKS ordusuna komandanlıq edən Z.Avetisyan, N.Qararyan, Hamazasp və b. azərbaycanlılara qarşı ifrat vəhşiliyi ilə ad çıxarmış qaniçənlər idilər. BXKS-ni istər milli tərkibi, istər yerli azərbaycanlılara qarşı yeritdiyi milli düşmənçilik və dözümsüzlük siyasəti Moskvanı tam qane edirdi. Belə ki, Moskva neft Bakısını, bütövlükdə Cənubi Qafqazı öz əlində və nüfuz dairəsində saxlamaq üçün bu antiazərbaycan hakimiyyət rejiminə özünün təsir mexanizmi kimi baxırdı.BXKS-nin qarşısına qoyduğu ən böyük vəzifələrdən biri də Gəncəyə hücum edib Azərbaycan Xalq Cümhuriyyətini devirmək idi. Lakin iyunun 27-si ilə iyulun 1-i arasındakı dörd günlük gərgin vuruşma cəbhənin taleyini həll etdi. Bu döyüşdə xalq könüllüləri, Azərbaycan və türk hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu BXKS qoşunlarını darmadağın edərək, Bakı istiqamətində hərəkətə başladı. Tezliklə, BXKS Azərbaycan mühitinə yad bir qurum kimi tarix səhnəsindən çıxdı. Bakıda hakimiyyəti zorakı yolla zəbt edən Bakı Soveti dövlət "əmlakını mənimsədiyi üçün Sentrokaspi" hökuməti tərəfindən həbs edildi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edən zaman həbsdə olan Bakı Soveti rəhbərliyi Bakını tərk etməyə cəhd etdi. Eserlər tərəfindən həbs edilən Bakı Soveti rəhbərliyi sentyabrın 20-də Türkmənistanda güllələndi


Tarix: 09.01.2015 / 00:55 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: "Azərbaycan Demokratik Respublikası"