beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Xalq Komissarları Soveti

Tarixi
Stepan Şaumyanın başçılığı ilə erməni-daşnak quldur dəstələrinin türk-müsəlman əhaliyə qarşı törətdiyi 1918-ci il Mart soyqırımından sonra Bakıda siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişdi. Soyqırımından sonra şəhərdə, demək olar ki, azərbaycanlı qalmamışdı. Şəhərin türk-müsəlman əhalisinin bir hissəsi silahlı bolşevik-daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılışmışdı. "Daşnaksutyun" rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklərinin" himayəsi ilə özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi. Aprelin 25-də hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti yaradıldı.


Tarix: 09.01.2015 / 00:54 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: "Azərbaycan Demokratik Respublikası"