beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı döyüşü Döyüşdən əvvəl vəziyyət

Şimal qrupu komandanı vəzifəsini, ştab zabiti yarbay Osman bəy yerinə yetirirdi. Qrupun tabeliyindəki 13-cü Qafqaz alayı Bakının qərbindəki Qurd qapısı təpələrində mövqe tutmuşdu. Alay, 17 topla mühafizə olunacaqdı. 38-ci piyada alayının 2-ci batalyonu 13-cü Qafqaz alayının ehtiyatı rolunda çıxış edəcəkdi. Ordunun əsas qüvvə mərkəzi bu alayın ətrafında olduğu üçün, 25, 26 və 29-cu batalyonlardan ibarət ehtiyat qüvvələr də alayın sağ cinahında yerləşdirilirdi. 19-cu süvari bölüyü də 13-cü Qafqaz alayının sağında idi. Qrupun 10-cu Qafqaz alayının 29 və 60-cı batalyonları, 13-cü Qafqaz alayının solunda və Xırdalana qədər olan cəbhə qismində idi. 38-ci piyada alayının 1-ci batalyonu, 10-cu Qafqaz alayının ehtiyatı idi. 10-cu Qafqaz alayını on bir top dəstəkləyirdi. Süvari minbaşı Zehni bəy komandası altında isə nizami süvari alayı, "Dikaya diviziya"nın süvari bölükləri və rus əsarətindən qaçan türklərdən ibarət bir piyada bölüyü ilə, 9-cu Qafqaz alayı pulemyot bölüyü və Ləzgi alayının bir qismi xidmət edirdi. Zehni bəyin ordu birləşmələri şimal qrupunun sol cinahını təşkil edirdi və Xırdalandan Masazır bölgəsinə qədər olan geniş bir düzənliyə yayılmışdı.[62][63]

Sumqayıt məntəqəsinin şimalında isə 38-ci piyada alayı 11-ci batalyondan bir bölük, bir milis süvari dəstəsi ilə bir pulemyotçu dəstəsi var idi. Bu birliyin vəzifəsi, şimaldan qatar yolu ilə gələ biləcək təhlükənin qarşısını almaq idi. Cənub qrupu, azərbaycanlı podpolkovnik Həbib Səlimovun komandanlığı altında 26-cı piyada batalyonundan bir bölük, Diviziya istehkam bölüyü, bir süvari dəstəsi, iki rus səhra topu və zirehli qatar ilə Ələtdə yerləşmişdi. Bunların vəzifəsi isə Xəzər dənizindən gələ biləcək hər hansı təhlükənin qarşısını almaq idi


Tarix: 09.01.2015 / 00:21 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: "Azərbaycan Demokratik Respublikası"