beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baba Məmmədov

Baba Məmmədov 1887-ci ildə Qubadlı rayonunun Fərcan kəndində dünyaya gəlmişdir. O, Zəngəzur qəzasının yüzbaşısı, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının parlamentində deputat olmuşdur. O dövrlərdə həm Bakıda, həm də rayonlarda erməni daşnakları ilə mübarizədə fəal iştirak etmiş, Gəncədə Nuru Paşa ilə tanış olaraq onun köməkliyilə Zəngəzurun müdafiəsi üçün xeyli silah yardımı almışdır. Parlamentdə olarkən H.Z.Tağıyevlə də çox yaxın münasibətdə olmuşdur.

1920-1924-cü illərdə Qubadlı bölgəsində milis işləmiş, Əliyanlı kəndindən olan qaçaqlara qarşı hər hansısa əməliyyatın aparılmasına imkan verməmişdir.

1929-cu ildə Baba həbs edilərək Şuşa turməsinə salınmış, lakin tezliklə Hüsü Hacıyevin köməkliyilə azad edilmiş və Arazın o biri tayına keçmişdir. Orada da uzun müddət qalmayaraq, Türkiyəyə getmişdir. Burada o Xosrov bəy Sultanov və Nuru Paşa ilə yenidən görüşmüşdür.

Baba Məmmədov uzun müddət vətən həsrəti ilə İstanbulda yaşamış və 1974-cü ildə orada vəfat etmişdir.


Tarix: 09.01.2015 / 00:13 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: "Azərbaycan Demokratik Respublikası"