beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası

Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurası

1918-ci il mayın 27-də Zaqafqaziya seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan etmək və müstəqil dövlət yaratmaq məqsədilə Tiflisdə toplaşaraq Azərbaycanın idarəsini öz üzərinə götürmək qərarına gəldilər və Azərbaycan Milli Şurasının yarandığını elan etdilər.

M.Ə.Rəsulzadə Milli Şuranın sədri (bu zaman o, Batumda türklərlə danışıqlar aparırdı), doktor H.Ağayev isə onun müavini seçildilər. 1918-ci il dekabrın 7-də AXC-nin qanunverici orqanı olan Parlamentin işə başlaması ilə Milli Şuranın fəaliyyətinə xitam verildi.


Tarix: 09.01.2015 / 00:08 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: "Azərbaycan Demokratik Respublikası"