beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abram Dastakov

Haqqında məlumat çox az qalmışdır. 1864-cü ildə tacir ailəsində anadan olmuşdur. Əsl adı Abram Mkrtiçyeviç Dastakyandır. Sankt Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulmuşdu. Bu təşkilat daha sonra II Aleksandrı öldürən təşkilat olacaqdı. Daha sonra 1884-cü ildə "Gənclər birliyi" (rus. Союза молодежи) təşkilatını yaratdı. Bu təşkilat sayəsində 1907-1908-ci illərdə Bakıda fəaliyyətə olmuş bolşevik Mixail Stepanoviç Olminski ilə tanış oldu. "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizləndi. 1890-cı ildə Aleksandr Xatisyanla birlikdə Daşnaksütun partiyasının qurulması mərasimində iştirak etdi və onun proqramının müəlliflərindən biri oldu. 1896-cı ildən 1917-ci ilədək Bakı Şəhər Dumasında "Neft işləri üzrə komitə"nin sədri olmuşdur.


Tarix: 08.01.2015 / 19:28 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: "Azərbaycan Demokratik Respublikası"