beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdulla bəy Əfəndizadə

Abdulla Əfəndi zadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan olmuşdu. Şəki şəhər məktəbini, sonra Gəncə Mixaylov Sənət məktəbini bitirmişdi. Şəkidə müəllim işləmişdi. İki il burada çalışandan sonra Tiflis Aleksandr Müəllimlər institutuna daxil olmuş və 1899-cu ildə institutu tamamlamışdı.

Rəşid bəy Əfəndiyevin qardaşı Abdulla bəy Əfəndizadə Şəkidə ilk oğlan, ilk qız məktəblərinin və gimnaziyanın banisi kimi tanınırdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv seçilmişdir.

Parlamentdə onun latın əlifbasına keçmək layihəsi bəyənilmişdir. Azərbaycan Pedaqoji İnstitutunda məntiq fənnini tədris etmişdir. Uşaqlar üçün şeirlər, hekayələr yazırdı. Abdulla bəy Əfəndizadənin "Ya ölüm, ya Türkiyə" mənzuməsi məşhur idi.

O, 1928-ci ildə Bakı şəhərində vəfat edib.


Tarix: 08.01.2015 / 19:27 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: "Azərbaycan Demokratik Respublikası"