beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asif Məhərrəmov - Döyüşlərdə iştirakı

Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar. Bununla barışmayan Asif Ağdamda könüllü özünümüdafiə batolyonunu yaratdı. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdir. Xocalı faciəsi zamanı dinc sakinləri xilas etmişdi. Asif 1992-ci il 7 mart "N" saylı hissəyə komandir təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edildi. 24 iyun 1992-ci il Naxçıvanlı kəndində ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1993-cü il 27 oktyabr onun səhhəti ağırlaşır. Hərbi hissəni təhvil verərək müalicəsini davam etdirməli olur. 1994-cü ildə bu məqsədlə Yaltaya gedən polkovnik-leytenant Asif Məhərrəmov 1 iyul 1994-cü ildə vəfat edir.


Tarix: 22.01.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanın müharibələri‎