Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Əsədullayev

Həyatı
Mirzə Əsədullayev 1875-ci ildə Bakı şəhərində anadan olmuşdur[1]. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra atası milyonçu Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlamışdır. M.Əsədullayev neft satışı ilə bağlı müəyyən vaxtlarda Rusiyanın Sankt-Peterburq, Moskva kimi şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdur. Onun ictimai xadim kimi fəaliyyəti çoxşaxəlidir. Sədrlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirmiş və maarifçilik işində fəallıq göstərmişdir. Ana dilində dövri nəşrlərin azlığı onu daim narahat etmiş, 1915-ci ildə "Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır. Xalq Cümhuriyyəti dövründə M.Əsədullayev Azərbaycan parlamentinə üzv seçilmiş, F.Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. M.Əsədullayev Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir. 1920-ci ilin mayında sovet hakimiyyətinin ilk aylarında M.Əsədullayev həbs olunmuş və qısa müddətdən sonra azad edilmişdir. Həmin il sovet hökumətindən rəsmi icazə alaraq xaricə gedən Mirzə Əsədullayev ömrünün sonuna kimi Fransanın paytaxtı Parisdə yaşamışdır. 1936-cı ildə vəfat etmişdir.


Tarix: 09.01.2015 / 01:16 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...