Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı Xalq Komissarları Soveti Tərkibi

BXKS-nin sədri vəzifəsinə S.Şaumyan "seçildi". O, eyni zamanda, xarici işlər komissarı idi. Xalq daxili işlər komissarı P.A.Çaparidze, ədliyyə komissarı A.B.Karinyan, nəqliyyat komissarı Markaryan, fövqəladə komissiyanın sədri Ter-Qabrelyan, Dövlət nəzarəti komissarı A.S.Boqdanov, əmək komissarı Y.D.Zevin seçildilər. BXKS qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət idi. Azərbaycanlı komissarlara, əsasən, təsərrüfatla bağlı sahələr "həvalə" olunmuşdu. Nəriman Nərimanov şəhər təsərrüfatı, Mir Həsən Vəzirov isə torpaq işləri üzrə xalq komissarları idilər. Beləliklə, yerli azərbaycanlı əhalinin nümayəndələri, demək olar ki, hakimiyyətə yaxın buraxılmadı


Tarix: 09.01.2015 / 00:54 Müəllif: Feriska Baxılıb: 15 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...