Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağa Əminov

Bakı gimnaziyasını (1907), Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunu bitirmişdir (1911).

Peterburqda azərbaycanlı tələbələrdən ibarət həmyerlilər cəmiyyətinin üzvü olmuşdur. Bakıya qayıtdıqan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işlımişdir.

1912-ci ildən "Müsavat" partiyasınsının üzvü olmuşdur. Rusiyada Fevral İnqilabından sonra siyasi fəaliyyəti genişləndirmişdir. Qafqaz müsəlmanları qurultayının (1917, aprel) iştirakçısı olmuş, "Müsavat" partiyasının birinci qurultayının (1917, oktyabr) keçiriməsində fəal rol oynamışdır. Əminov "Azərbaycan Milli Şurasının Məclisi Məbusanı haqqında qanun"-na əsasən, "Müsavat" partiyasından Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir.

Azərbaycan Xalq Cumhuriyyətinin dördüncü hökümət kabinəsində ticarət və sənaye nazri olmuşdur. Əminov iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs etmiş, bu sahədə bir sıra mühüm tədbirlərin görülməsinə nail olmuşdur: neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandn kənara sərbəst çıxarılması haqında Hökümət qərarı; mal mübadiləsi üzrə komitənin ləğvi haqqında maliyyə-iqtisad komitəsinin qərarı; 1919-cu ilin sonu üçün xammalın Azərbayandan kənara ixrac şərtləri haqqında yeni , liberal məzmunlu qanunun qüvvəyə minməsi və s. O, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin məhdudlaşdırılması tərəfdarı olmuşdur.

Əminov 1918-1919-cu illərdə "Müsəlman gecələri" tədbirlərinin əsas təşkilatçıarından idi.

O, Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının (1919, may) yaradılmasında da fəal rol oynamışdır.

Aprel işğalından (1920) sonra "Azneft" sistemində işləmişdir.


Tarix: 09.01.2015 / 00:12 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...