beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyrülbəriyyə ayəsi

Xəyrülbəriyyə ayəsi (ər:خَيْرُ الْبَرِيَّةِ), Bəyyinə surəsinin yeddinci ayəsidir ki, Təfsiri Əlmizan[1] və Məcməül Bəyan[2] təfsirlərinə görə Əli bin Əbu Talibin ləyaqət və dəyərlərindən bəhs edir.Mündəricat
1 Yazı və tərcüməsi
2 Şəni nizul (ayənin nazil olma səbəbi)
2.1 Sünni təfsirlərində
2.1.1 Həskani(عبیدالله بن عبدالله حَسکانی)
2.2 Şiə təfsirlərində
2.2.1 Şeyxi Təbərsi(Təbresi)
2.2.2 Əllamə Təbatəbai
2.2.3 Məkarim Şirazi
3 Həmçinin bax
4 Xarici keçidlər
5 İstinadlar


Yazı və tərcüməsi
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ[3]


az: Onlar ki iman gətirib, yaxşı və saleh işlər gördülər, ən yaxşı məxluqlardılar.
en: (As for) those who believe and do good, surely they are the -best of men.
fa:

همانا کسانی که ايمان آوردند و کارهای شايسته انجام دادند، بهترين مخلوقاتند.



Şəni nizul (ayənin nazil olma səbəbi)

Sünni təfsirlərində

Həskani(عبیدالله بن عبدالله حَسکانی)

Hakim Həskani sünni alimlərindəndir və Şəvahidül Tənzil təfsirində belə deyir:

Əbi Bərzədən nəql edir:Rəsulləllah (إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ) ayəsini oxudu və sonra dedi:Ey Əli xəyrülbəriyyə sən və sənin şiələrindirlər.[4]

Həskani eyni bu deyimi imam Baqirdən nəql edibdir.[5]

Cabir bin Əbdüllah Ənsaridən(جابر بن عبد الله انصاری) nəql edir:Biz Kəbə və Rəsulullahın yanında oturmuşduq, Əli gəldi və Rəsulullah dedi: Qardaşım gəldi, və ardıca dedi: Allahın evinə and olsun ki bu kişi sizin hamınızdan öncə Allaha iman gətirib hamınızdan çox onun itaətini edib Allahla qərarında hamınızdan vəfalıdır. hamıdan çox Allah hökümlərinə qəzavət edib beytülmal bolüşdürməsində adildir habelə yoxsullara hamıdan yaxşı davranıb məqamı hamınızdan üstündür, bu zamandaidi ki Xəyrülbəriyyə ayəsi nazil oldu.[6]

Şiə təfsirlərində

Şeyxi Təbərsi(Təbresi)

Şeyxi Təbərsi Məcməül Bəyan təfsirində ayənin altında İbni Əsakiri Dəməşqidən(ابوالقاسم علی بن الحسن) oda Şeyx Cabir Ənsaridən nəql edir:

Biz Rəsulullahın yanındaidik ki Əli bin Əbu Talib gəldi, ozaman peyğəmbər buyurdu:And olsun o, kəsə ki mənim canım onun əlindədir bu kişi(Əli) və onun şiələri qiyamət günündə səadətməndlərdəndirlər. ozamanidir ki Xəyrülbəriyyə ayəsi nazil oldu.[7]

Əllamə Təbatəbai

Əllamə Təbatəbai əl-Mizan təfsirində ayənin altında belə deyir:

Yəzi ibni Şərahil belə deyir: Mən Əli-dən eşitdim, dedi: Rəsuləllah dünyadan gedirdi o, haldaki o, cənabın başını sinəmə dayamışdım, o, halda dedi: Ey Əli məgər eşidməyibsən ki Allah təala deyir:(إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ) bu Xəyrülbəriyyə sən və sənin şiələrindirlər.[8]

Məkarim Şirazi

Məkarim Şirazi təfsiri nümunədə Əli və ardıcılları bəhsində belə deyir:

Çoxlu rivayətlərdə ki məşhur Əli sünnət və şiə mənbələrində nəql olunub XəyrülBəriyyə ayəsi Əli və onun ardıcıllarıdırlar.


Tarix: 26.02.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 392 Bölmə: Ayeler