Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Ayeler“ƏN-NƏHL” SURƏSİNİN ŞƏRHİ 1-20

(16.1) “Allahın hökmü gələcəkdir və onun tezləşdirilməsinə cəhd göstərməyin. O, onların qoşduğu şəriklərdən uzaqdır və fövqəlucadır”.

Fövqəluca bəyan edir ki, Onun vədi haqdır və çox tezliklə gerçəkləşəcəkdir. Mütləq gerçəkləşən nə varsa, onu yaxın adlandırmaq lazımdır.( Bu o deməkdir ki, əgər bir şey hökmən həyata keçiriləcəksə (Allahın Quranda buyurduqları istisnasız bu qəbildəndir), onun yaxınlarda gerçəkləşəcəyini qəbul etmək lazımdır. F.S.) Fövqəluca həmçinin bildirir ki, müşriklərin qoşduğu şəriklərə, oğula və ya zövcəyə və Onu məxluqlarla bərabərləşdirməyə Onun heç bir aidiyyəti yoxdur. O, Onun əzəmətinə yaraşmayan və ya Onun kamilliyinə zidd olan hər şeydən sonsuzluğa qədər uzaqdır. Bunları xatırlatdıqdan sonra Fövqəluca Allah Özünün peyğəmbərlərinə nazil etdiyi Ardı »

AyelerƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (31-49) ayələr

(17.31) “Yoxsullaşacağınızdan ehtiyat edərək körpələri-nizi öldürməyin, axı Biz onları sizinlə birlikdə ruzi ilə təmin edirik. Həqiqətən, uşaqları öldürmək – ağır günahdır”.

Allah insanlara, onların öz övladlarına bəslədiyindən daha çox rəhmlidir və bu Onun məxluqlarına bəslədiyi rəhmliliyini təsdiq edir. O, valideynlərə, dilənçiliyə və yoxsulluğa düşməkdən ehtiyat edərək, övladlarını öldürməyi qadağa qoyaraq, uşaqlara da, onların valideynlərinə də Özü ruzi verəcəyini vəd etmişdir. Allah həmçinin bildirir ki, uşaqların öldürülməsi ağır günahdır. Bu məziyyət insanın qəlbini şəfqət və rəhm hissindən məhrum edir və onun Allaha qarşı ən böyük itaətsizliyinə şəhadət verir, çünki məhz belə bir insan hələ heç bir qəbahət işlətməmiş günahsız körpəni öldürməyə cəsarət edə Ardı »

Ayeler“ƏN-NƏHL” SURƏSİNİN ŞƏRHİ 81-104

(16.81) “Allah, yaratdıqları şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün mağaralar saldı, sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, Allah Öz nemətini sizə tamamlayır ki, bəlkə müsəlman olasınız”.

Allah, insanın yaratmadığı çoxlu şeylərdən düşən kölgəni xəlq etdi. Onların arasında ağacları, dağları və təpələri misal gətirmək olar. Fövqəluca Allah dağlarda mağaralar yaratdı ki, insanlar üçün bərk isti havadan, soyuqdan, yağışdan və düşməndən sığınacaq olsun. O, həm də insanları hərarətin yüksək olduğu havadan qorumaq üçün libas yaratdı. Əvvəl biz demişdik ki, bu surənin başlanğıcında Rəbbin əsas nemətləri, sonunda isə - ikinci dərəcəliləri sadalanır. Bu ayədə paltarın insanı Ardı »

AyelerƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (16-30)

(17. 16) “Əgər Biz bir diyarı məhv etmək istəsək, əvvəlcə onun cah-calal içində yaşayanlarına itaət etməyi əmr edərik. Onlar şərəfsizliyə qurşandıqda, Sözümüz barələrində gerçəklə-şər və Biz onu tamamilə məhv edərik”.
(17. 17) “Nuhdan sonra Biz nə qədər nəsllər məhv etmişik! Allahın qullarının günahını bilməsi və görməsi kifayətdir!”

Fövqəluca Allah bu ayələrdə bildirir ki, sakinləri zalımlıq edən şəhər və kəndlərin məhv edilməsindən əvvəl, O, həmin şəhərlərin varlı sakinlərinə şərəfsizliyə qurşanmağa imkan verir. Lakin onların zalımlığı yol verilən bütün hədləri aşıb keçdikdə, cəza haqqında vəd edilmiş və qaçılması mümkün olmayan söz icra edilirdi və Allah onların kökünü tamamilə kəsirdi. Bu qismət, Nuhun (ə) xalqına, adlara, Ardı »

AyelerƏL-KƏHF SURƏSİNİN ŞƏRHİ(33-50) Ayələr

(18.33) “Hər iki bağ bəhrə verirdi və onlardan heç bir itki olmurdu, aralarından isə Biz çay salmışdıq”.

Bu bağların sahibi bol meyvə və taxıl məhsulu götürürdü və hətta onun bol məhsulunun cüzi bir hissəsi belə zay olmurdu. Suya gəldikdə isə, bu bağlarla yanaşı geniş çay axırdı. Bunun sayəsində bu adamın var-dövləti artırdı. O, gözəl meyvələr yığırdı. Onun ağacları xəstəlik və nöqsanlardan xali idi. Bu hər bir əkinçinin xəyalından keçirə biləcəyi bir həddi və buna görə bu bağların sahibi öz xoş güzəranına aldandı. O, lovğalandı və öz Axirət gününü unutdu.




(18.34) “Onun məhsulu (və ya varı) vardı və o, öz yoldaşı ilə söhbəti zamanı Ardı »

AyelerHİCR SURƏSİNİN ŞƏRHİ 61-99

(15.61) “Elçilər Lut camaatının yanına gəldikdə
(15.62) “o dedi: “Siz yad adamlarsınız!”
(15.63) “Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik”.
(15.64) “Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq”.
(15.65) “Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.

Mələklər Lutun (ə) yanına gəldikdə, o (ə) əvvəlcə onları tanımadı. Onlar dedilər ki, onun (ə) kafir qəbilədaşlarının şübhə etdikləri cəzanı gətiriblər. Onlar əylənməyə və kef çəkməyə gəlməyiblər, haqqı gətirmiş və dedikləri də həqiqətdir. Sonra onlar Lut peyğəmbərə (ə) əmr etdilər ki, qaranlıq düşən kimi, bütün Ardı »

AyelerXəyrülbəriyyə ayəsi

Xəyrülbəriyyə ayəsi (ər:خَيْرُ الْبَرِيَّةِ), Bəyyinə surəsinin yeddinci ayəsidir ki, Təfsiri Əlmizan[1] və Məcməül Bəyan[2] təfsirlərinə görə Əli bin Əbu Talibin ləyaqət və dəyərlərindən bəhs edir.Mündəricat [gizlə]
1 Yazı və tərcüməsi
2 Şəni nizul (ayənin nazil olma səbəbi)
2.1 Sünni təfsirlərində
2.1.1 Həskani(عبیدالله بن عبدالله حَسکانی)
2.2 Şiə təfsirlərində
2.2.1 Şeyxi Təbərsi(Təbresi)
2.2.2 Əllamə Təbatəbai
2.2.3 Məkarim Şirazi
3 Həmçinin bax
4 Xarici keçidlər
5 İstinadlar

[redaktə]
Yazı və tərcüməsi
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ[3]


az: Onlar ki iman gətirib, yaxşı və saleh işlər gördülər, ən yaxşı məxluqlardılar.
en: (As for) those who believe and do good, surely they are the -best of men.
fa:

همانا کسانی که ايمان آوردند و Ardı »

AyelerƏL-KƏHF SURƏSİNİN ŞƏRHİ(1-20) Ayələr

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(18.1) “Həmd olsun o Allaha ki, quluna Kitab nazil etmiş və onda nöqsana yol verməmiş”,
(18.2) “və onu dopdoğru etmişdir ki, dərgahından gələcək ağır əzabdan çəkindirsin, saleh əməllər işləyən möminlərə onlar üçün gözəl mükafat hazırlandığı haqqında müjdə versin ki, ”
(18.3) “onlar orada əbədi qalacaqlar”

“Həmd” sözü ilə, Onun kamil sifətlərindən və həmçinin insanların onun sayəsində öz dünyəvi və ruhani həyatını sahmana saldıqları aşkar və gözlə görünməyən Səxavətindən istifadə etməklə Allahı tərifləmələri nəzərdə tutulur. Şübhəsiz ki, bu nemətlərdən ən şərəflisi Allahın qulu və Elçisi Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Əzəmətli Kitabı – Müqəddəs Ardı »