beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

M hərfi ilə başlayanlar
M hərfi ilə başlayanlar

Məkkəyə gedən dəvə hacı olmaz.
Mərddən bir xəta, namərddən min.
Mərd əli kasad olmaz.
Mərdi qova-qova namərd eləmə.
Mərdi qova-qova namərd edərlər.
Mərd igidlər süfrə açar, ad alar.
Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar.
Mərdin gözü tox olar, namərdin gözü ac.
Mərd gördüyün deməz.
Mərd mərdi qanar, Bərkdə oduna yanar.
Mərd özündən bilər, namərd yoldaşından.
Mərd çörəyini daşdan çıxardar.
Meşə çaqqalsız olmaz.
Miyançının kisəsi gen olar.
Milçək bir şey deyil, könül bulandırır.


Tarix: 10.08.2015 / 11:32 Müəllif: Akhundoff Baxılıb: 648 Bölmə: Atalar Sözləri