Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

E hərfi ilə başlayanlar
E hərfi ilə başlayanlar

- Ev bizim, sirr bizim.
- Eyibli öz eybini bilsə, başına kilim örtər.
- Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
- El ağzını bağlamaq olmaz.
- El ağzı faldır.
- El arxası çəmən olar.
- El atan daş dağdan aşar.
- El atan daşa güc düşməz.
- El tutanı ər tutar, Ər atanı el atar.
- El qapısı həm gec, həm güc açılar.
- El bir olsa, zərbi kərən sındırar.
- El dəlisini çölə atmaz.
- El elə dayanıb, tənbəl indi oyanıb.
- El elə sığışar, ev evə sığışmaz.
- El elin aynasıdır.
- Elə arxalanan igidin arxası yerə dəyməz.
- Elə bilir yuxa arasında halva var.
- Elə elə ki, nə şiş yansın, nə kabab.
- Elə yerdə otur, altına su çıxmasın.
- Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
- Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
- Elimə qalsın, günümə qalmasın.
- Elin eybini saxlamayan sənin də eybini saxlamaz.
- Elin gözü sərraf olar.
- Elin gücü bir olsa, düşməni dara çəkər.
- Elin oğlu yumurtaya qulp taxar.
- El keçən körpüdən qorxma, sən də keç.
- El köcdü, oba qaldı.
- El gözündən düşən boy atmaz.
- El gözündən düşən gözsüz qalar.
- El gücü, yel gücü, sel gücü.
- Ellərə gülən canım, indi olub el gülüncü.
- Elm ağılın çırağıdır.
- Elmin gücü, Yıxar bürcü.
- El oğrusuz, çöl qurdsuz olmaz.
- El öz dəlisini tanıyar.
- El sevəni aləm sevər.
- Elsiz dağ viranədir.
- El tikəni yel yıxa bilməz.
- El harda, sən də orda.
- El çalan zurnanın səsi uzağa gedər.
- Ehtiyat igidin yaraşığıdır.
- Ehtiyatlı oğulun anası ağlamaz.
- Eşitdiyinə inanma, gördüyünə inan.
- Eşşək palçığa bir dəfə batar.


Tarix: 06.08.2015 / 12:53 Müəllif: Akhundoff Baxılıb: 199 Bölmə: Atalar Sözləri
loading...