beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AiD (Orxan Zeynallı) – Bir Otaqlı Ev

AiD (Orxan Zeynallı) – Bir Otaqlı Ev (sözləri, lyrics)



Ailədə 3 uşaq idik, üçümüz də tez böyüdük
Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək
Zamanın təkid etdiyi bir hevesdi,
Inanıb yaşlanıram, biraz olar gəldim işdən evə
Bağışla, söhbətə heç vaxt salamdan başlamıram
Piyada gəldim istədim biraz yağışda qalım
Sən Allah!
Bağışla halım pisdi biraz kefim də yoxdu sən deyən
Hardasa artıq 18 ildi
Sağ qonşum bərbər bax bu böyürdəkisə gizirdi
Hərbi hissə var burda bayaq-topayla əsgərlər gəzirdi
Gəl, çay süzüm bağışla ev də tör töküntüdü
Tək qalıram səliqə, tək yaşayan kişini hürküdür
Damım damır, evdə darıxmıram yağışçün
Yoxdu deyə, qapım açıq deyil dost tanış çün
96cı ildən çəkirəm bu zibili
Cəhənnəm xatırladar mənə Bakını
Necə Hüseyn Cavidə Sibiri

Pəncərəmdən, görünən yaraşıqlı şəhər üşüdür məni
Gözləridnən, susaraq danışım həyatım eşidir məni
Tək qalanda, bir otaqlı dünyamda 4 divar içində
Boğulur sevgilər içimdə, doğulur ağrılar içimdə

Ilk səsi eşidən kimi qaçmışdım çölə uşaqlar həyətdəydi
Gözümə qürubun elçisi olan qırmızı şəfəq dəydi
Əzrail üfüqdəydi,
Gülləylə bir qanad çalıb
Canın alıb doğmalarımın ölümü önümdəydi
Güllər tək yetişən ailə 4 gülləylə yarım qaldı
Qızımla qaçdım meşəyə o biri dünyada yarım qaldı
Budaqlardan çiynimə tökülən qar əriyir qannan
Alışmış evlərdəki nalələrdən əriyir damlar
Mərd insanlar döyüşdə ölümə qərq insanlar
İllərin ağrıların mücrülər tək qəlbim saxlar
Əllərimi açıb yalvardım ay Allah dəyiş alın yazımı
Əllərimin içində vurdular ayaqyalın qızımı
Qalıb döyüşdüm iki il qaçmadım Azərbaycandan
Heyif qaytarmadı itirdiyim canları aldığım canlar
Soyadımı daşımağa biri qalmayıb həyatda bu da bir dərd (Heç kim qalmayıb)
Adımısa bəlkə öləndən sonra daşıyar küçə ya məktəb


Tarix: 23.01.2015 / 14:14 Müəllif: Aziza Baxılıb: 211 Bölmə: AiD