Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

AiDAiD [ H.O.S.T ]- Vecsiz

AiD [ H.O.S.T ]- Vecsiz Lyrics

(Chorus: AiD)
Əllərimi burax, ondansa ürəyimdən yapış!
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış

(Verse1: AiD)
Bir qurtum su, həyatın dadı bitməsin deyə son günə saxla
Mən artıq doydum, bu sevgi odu sönməsin deyə küləyi saxla
Damcılar, sevgin kimi tez-tez gedir amma ki, iz qoyur
Dalğalar, rəqsin kimi səliqəsiz sahilə briz qoyur
Sadəlöhv ümidin, əlində yenə danışılmış nağıllar
Sən qəlbimi tərk etsən də, tərk etməz tanış olmuş ağrılar
Biz həyatı sevmək istəsək də
Cənnəti görmək istəsək də
Ölmədən getmək istəsək də
Bıraxmaz günahlar bizi

(Chorus: AiD)
Əllərimi burax, ondansa ürəyimdən yapış
Gəl biz bir quş olub uçaq, qanadımıza şaxta qonmamış (x2)

(Verse2: AiD)
Yenə durğun günlər kimi
Tək-tənha güllər kimi
Tez bitir, tez solur Ardı »

AiDAiD – U.U.A.A.

AiD – U.U.A.A Lyrics

Verse 1.
Rap Rap Rap diggin corpse up
When no hands up
Stop cheatin rap scope better just slap
Doubt suggest zap people just draft
Makes no mistake AiD gonna redraft
Qaqaşlar var tək dərdi priçoska
Elə rola girir qanə etməz heç “oskar”
Məmləkətin taleyin çəkic asta
Həll edəcək dəyəcək bitəcək show
Nə qədər pis həyatdan danışan var
Uğurun artanda deyir: tanışın var
Bahalı maşınlar küçələr tıxac
Kimilər çox tox amma çoxu çox ac
Tikə tikə çökdürəcəklər Bakını
Meşələri söküb əkəcəklər kaktus
Bəlkə kəndə döndərəcəklər Bakını
Küçələri gəz sifətlərə bax qus

Chorus: Vlada
UUAA nəqarətim başladı gəl indi bura uyğun söz seç
Burda trekə qarətim başladı dərdim və qorxum belə tez keçir
UUAA birazdan verse başlayır əsas bu yeri Ardı »

AiDAiD (Orxan Zeynallı) – Bir Otaqlı Ev

AiD (Orxan Zeynallı) – Bir Otaqlı Ev (sözləri, lyrics)



Ailədə 3 uşaq idik, üçümüz də tez böyüdük
Ya illər tələsdi, ya da qocalmağı böyümək zənn etmək
Zamanın təkid etdiyi bir hevesdi,
Inanıb yaşlanıram, biraz olar gəldim işdən evə
Bağışla, söhbətə heç vaxt salamdan başlamıram
Piyada gəldim istədim biraz yağışda qalım
Sən Allah!
Bağışla halım pisdi biraz kefim də yoxdu sən deyən
Hardasa artıq 18 ildi
Sağ qonşum bərbər bax bu böyürdəkisə gizirdi
Hərbi hissə var burda bayaq-topayla əsgərlər gəzirdi
Gəl, çay süzüm bağışla ev də tör töküntüdü
Tək qalıram səliqə, tək yaşayan kişini hürküdür
Damım damır, evdə darıxmıram yağışçün
Yoxdu deyə, qapım açıq deyil dost tanış çün
96cı ildən çəkirəm bu zibili
Cəhənnəm xatırladar mənə Bakını
Necə Hüseyn Ardı »

AiDAiD – #nevarneyox

AiD – #nevarneyox

(verse: AiD)
Var track başlayır hansı ki, nəqarətsiz
Var söz biraz düz, amma cəsarətsiz
Var xalqa müraciət sanki ədəbiyyatdır
Var xalq hansı ki, dinlədikcə əbədi yatdı
Var ölkə hansı ki, tikilir sökülür turistlərcün
Var sevgi hansı ki, küçədə yemdi polislərçün
Var qələm, var vərəq və var tükənməz hisslər
Var dinləyici hansı ki, sevdiyindən ölməyini istər
Var səma, var günəş hansı ki, qovur ulduzları
Var vəhşi ata-ana hansı ki, doğur quduzları
Var şəhər, bir-iki damla bal və qalanı zəhər
Var cəmiyyət hansı, qəhrəmandan çox yalanı sevər
Var bezmək, var dözmək, çoxluqda itib getmək
Var tərk edib getmək, var tüpürüb getmək
Var intihar etmək sevgi cavabsız qalanda
Var cəhənnəmdə yanmaq günahsız olanda
Var pul, var şöhrət, var əmr Ardı »

AiDAiD – Mavi qızılgüllər ft. Gültəkin

AiD – Mavi qızılgüllər Lyrics

(verse: AiD)
Bu gülü bağışladım ki, sən dərk edəsən
Bu gülü bağışladım ki, sən tərk edəsən
Bu günü yaşadım ki, anlayasan bəlkə də sən
Bu ömrü yaşamadım ki, sən məhv edəsən
Zamanı verməyiblər ki, biz onu qaytaraq
Qədrini bilmədikcə ancaq xəyallarda
Həyatı verməyiblər ki, biz onu aldadaq
Xoşbəxt olduğumuzu deyək ancaq yalanlarda
Sevgini vərməyiblər təkcə ondan mahnı yazaq
Bilirəm sətirlərimdə sevgi müqəddəsdi
Torpağı verməyiblər təkcə orda qəbir qazaq
İstərəm torpaqda bitsin mavi qızılgüllər
Bahar vaxtı açıq qalan pəncərələrdən
Baxıb güc alanda küçədə sevgililərdən
Gizlədəndə gözlərimdə sevgimi hərdən
Bu həyatı istəmədiyimi anlamışdım lap öncələrdən
Qələmi verməyiblər mənə, mən tək səndən yazım
Səhərlər ayırır məni sevdiyim gecələrdən
Ürəyi verməyiblər mənə orda tək səni daşıyım
Bu qəlbi qırıq-qırıq toplamışam bir Ardı »

AiDAiD – Hekayəm

AiD – Hekayəm Lyrics

(verse: AiD)
2003 cü ilin dekabrı tanışlıq vaxtları,
Gözlərimiz bir-birimizdə tanışlıq axtarır
Biraz cəsarətsizlik, yəqin biraz uşaqlıq,
İlk gündə sadəcə baxışlarla özümü saxladım
Göndərdiyim məktub, cavab gələrmi görəsən?
Düşünürdüm necə yazım ki, dərhal sevəsən
Amma o vaxt indiki tək dolğun yazmırdım heç
Yazıq sən nə biləydin ki, böyüyüb olacam bivec
Uşaqlıq, şirin günlər, beləcə keçirirlər
Ən xırda dava-dalaşlarda hər şeyi bəzəyirdilər
Bayramlar, gözləmək və hədiyyələr toplusu
Hər dəfə gecikəndə sən, səni itirmək qorxusu
İlk sevgi etirafı.. Yadımda dünənki tək
Cavabı gec verdin, yəqin dözər deyirdin
Bilsəydim necə sənlə dayanardım həminki tək
Həm də ki, o vaxt bulvar bu cür gözəl deyildi
(Nəqarət: AiD)
Yenə sən getdin, yenə tək qaldım
Sənə olan sevgimdən bu gün son mahnını yazdım Ardı »

AiDAiD ft. Promete – Antimental

AiD ft. Promete – Antimental Lyrics

Verse: PRoMete
Eyç Ou Es Ti(x2)
Bir daş altda, bir daş üstdə,
Qabağa getmək üçün denən “Baş üstə!”
Fərq eləməz günahlı, günahsız
Quru altda yanacaq bu ocaq da yaş üstə.
Elə hey deyilir “Biz belə görmüşük”.
Amma kimdən? Bilinmir.
Küçələrə dağılan zir-zibilin, küləyin də
Səbəbkarı mənim dilimdir.
Nə qədər dərddən, sərdən yazacaq bu qələm?!
Yazılanlar da silinmir.
Gecə səhərəcən yuxusuz qal, otur yaz , sonra təzədən yaz.
Çox dərindir, çox dərin getmə, gələr vadalaz.
Biz saf, təmiz ləkə yaramaz.
Nə günah var balansımızda,
Nə də ki, düzgün ibadət və namaz.

Nəqarət: PRoMete
Qaşını düzəlt, gözünü çıxart!
Astara var, sən üzünü çıxart!
Biz deyə bilmirik duraq qırağda,
Sən gəl bura laiq sözünü çıxart!(x2)

Verse: AiD
Sənətdən pul çıxsın deyə, gərək Ardı »

AiDAiD – Manya Kərimova (İthaf)

H.O.S.T (AiD) – Manya Kərimova Lyrics

(Verse: AiD)
O deyir bu həyat düzələr yenə
O sevin o gözdən süzülər yenə
Onun ən sonuncu günləri xoşbəxt quşlar qatarına qoşular yenə
O solan həvəsi cücərər yenə
O rahat yatacaq gecələr yenə
Biləcək bu həyatda gərəkli insandı, bir gün güləcək yenə

Bakı, səndən uzaqlaşdıran şosseylə
Maşında HOST, qulağımızda Krecin nəğməsiylə
Yolumuz Şamaxı istiqamətində füsunkar duman, mühərrikin səsi, diksinirdi dincələn botanika
Bir az var dinamika yarpaqlar əsir, buludlar bezir, yol uzanır, uzandıqca beyin bezir
Hiss edirik saniyələr ömrümüzdən gedir, ağacları döngələri saya-saya
Bu yolumuzun tək səbəbkarı olan şəxs
Onun üzünə həyatı bir qədər kobud və biraz tərs
Son dərəcə inamsız, o artıq Allaha da qarşı
Həyatından narazı bu yaşda həyata qarşı
Ömrünü Ardı »