beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana olmasydı deyin cahanda…

Ana olmasydı deyin cahanda
Körpələr laylasın kimdən alardı?!
Laylasız böyüyən hər bir insanda
Ürək əvəzinə daş asılardı.

Ana olmasaydı siz deyin görək
Ürək nə istərdi,nə arzulardı?
İnsanı həyata bağlayan ürək
Arzusuz,istəksiz necə vurardi?

Ana olmasaydı şair,bəstəkar
Nəyi bəstələyib,nəyi qoşardı,
Allahın sevdiyi gözəl nəğməkar,
De bizim muğamlar nə cür olardı?

Bu yer üzərində ana olmasa
Olmazdı yerin də gözəl biçimi.
Yer də bənzəyərdi göydəki Marsa
Günəşsiz qalardı soyuq qar kimi.

Of;-bu nə söz belə “ana olmasa”
Analı hər günə,hər ana qurban.
Analar olmasa bataram yasa
Ollam anaların ruhuna qurban!


Tarix: 26.12.2014 / 15:00 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: ANA ŞEİRLƏRİ