beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahkar mənəm

Anam darayıbdır saçını yana
Başından şalını mən düşən gördüm
Əyilib şalını verəndə ona
Anamın başına dən düşən gördüm

-Niyə ağarıbdır başın ay ana
Təbiətin qanunu belədir -dedi
-Niyə qırışıbdır üzün ay ana
Bunların günahı dünyadır-dedi

Baxıram anamın nurlu gözünə
Dünyanı görürəm gözündə sanki
Mən sual verirəm özüm-özümə
Bunların günahı özüməm sanki


Tarix: 26.12.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: ANA ŞEİRLƏRİ