beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anam solmuş o çöhrənə……

Anam, solmuş o çöhrənə, qurban olmaq istəyirəm.
Yorğun düşən o halına fəda olmaq istəyirəm.
Qocalmısan, əvvəlki tək, daha halın yoxdur sənin.
Qoca olan o halınla, məni heyran edirsən sən.
Qara saçdan əsər yoxdur, necə yaman qocalmısan.
O, ağaran saçlarınla, nur saçırsan evimizə.
Sənə gələn o qocalıq, ilahi bir gözəllikdir.

Mən valehəm bu halına, nə gözəlsən əziz anam.
İstəyirəm mən başımı, qoyum yenə dizin üstə.
Saçlarımı oxşayasan, yenə məni əzizlə sən.
Anam gücsüz o halınla, fəth etmisən bu qəlbimi.
İcazə ver qulun olum, yenə o xoş sözlərinin.
Anam solmuş o çöhrənə, qurban olmaq istəyirəm.
Yorğun düşən o halına, fəda olmaq istəyirəm.


Tarix: 26.12.2014 / 14:55 Müəllif: Aziza Baxılıb: 117 Bölmə: ANA ŞEİRLƏRİ